Pakistan: Regional inkişaflar üçün yeganə yol diplomatiyadır

1 Dəq Oxuma Müddəti

Pakistanın xarici işlər naziri iranlı həmkarı ilə telefon danışığında regional inkişaflara toxunaraq, diplomatiyanın yeganə çıxış yolu olduğunu vurğulayıb.

Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, pakistanlı nazir bölgədəki mövcud vəziyyətlə bağlı narahatlıqlarını ifadə edərək, dialoq və diplomatiyanın hələ də qarşıda duran yeganə praktik yol olduğunu bildirib. Tərəflər bir-biri ilə sıx təmasda qalmaq barədə razılığa gəliblər.

Qeyd olunub ki, hər iki nazir bir neçə gün əvvəl də telefon vasitəsilə məsləhətləşmələr aparıblar. Həmin danışıq zamanı İran İslam Respublikasının xarici işlər naziri Pakistan İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında nümayiş etdirdiyi prinsipial mövqeyi və verdiyi səsə görə təşəkkürünü bildirib, bəzi Qərb ölkələrinin İran əleyhinə konsensus formalaşdırmaq cəhdlərinin uğursuzluğa düçar olmasından məmnunluğunu ifadə edib.

Pakistanın xarici işlər naziri isə son regional proseslərə istinad edərək, prinsipial mövqelərə sadiq qalmağın, konstruktiv qarşılıqlı əlaqələrin və ikitərəfli, eləcə də beynəlxalq müstəvidə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş