OpenAI ChatGPT Dəstəkli Cihazlar Hazırlayır

2 Dəq Oxuma Müddəti

OpenAI süni intellekt dəstəkli cihazlara yönəlir

Süni intellekt proqram təminatı ilə tanınan OpenAI artıq donanım istehsalı istiqamətində addımlar atır. Şirkətin ChatGPT dəstəklı ağıllı ev avadanlıqları, məhsuldarlıq üçün qurğular və geyilə bilən cihazlar üzərində çalışdığı bildirilir.

The Information nəşrinin məlumatına görə, OpenAI son aylarda Apple ilə əlaqəli təchizat zəncirlərində fəaliyyətini gücləndirib. Bu isə şirkətin süni intellekt mərkəzli yeni donanım layihələrinə start verdiyini göstərir.

Jony Ive ilə əməkdaşlıq

Xatırladaq ki, iyun ayında OpenAI, Apple-ın əfsanəvi dizayneri Sir Jony Ive tərəfindən təsis edilən io adlı şirkəti satın almışdı. Satınalma öncəsi isə hər iki tərəfin qulaqlıq və kamera dəstəklı hibrid cihazlar üzərində birgə işlədiyi məlum olmuşdu.

Bu addım OpenAI-nin dizayn və istehsalat sahəsində güclü tərəfdaşlıqlara getdiyini göstərir.

Microsoft-un rolu qeyri-müəyyəndir

OpenAI-nin ən böyük investorlarından biri olan Microsoft, GPT modelləri ilə işləyən Surface Copilot+ kompüterlərini təqdim edərək süni intellekt dəstəklı öz cihazlarını bazara çıxarıb. Lakin OpenAI-nin yeni donanım təşəbbüsündə Microsoft-un hansı rolu olacağı barədə hələlik məlumat yoxdur.

“Ekranların o tərəfi”

Wall Street Journal-ın təsdiqlədiyi məlumata görə, OpenAI istifadəçiləri “ekranların o tərəfinə” keçirəcək məhsullar hazırlayır. Layihələr arasında:

  • Ağıllı ev cihazları (məsələn, səs köməkçisi olan hoparlörlər),

  • Məhsuldarlığı artırmaq üçün süni intellekt dəstəklı rəqəmsal səs yazıcı,

  • İstifadəçilərə yönəlmiş süni intellekt pin tipli geyilə bilən cihaz yer alır.

Sözügedən pin ötən il Humane şirkəti tərəfindən təqdim olunan süni intellekt pinini xatırladır. Həmin cihaz geniş müzakirələrə səbəb olmuşdu.

İlk məhsullar 2026–2027-də

Mütəxəssislərin fikrincə, OpenAI-nin ilk donanım məhsulları 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində bazara çıxarıla bilər. Rəsmi açıqlama verilməsə də, bu addım şirkətin yalnız proqram təminatı istehsalçısı olmaqdan çıxaraq qlobal texnologiya bazarında daha geniş oyunçuya çevriləcəyini göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş