Turist sayında azalma
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı 418,2 min nəfər olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 76,5 min nəfər və ya 15,5 faiz azdır. Turistlərin xərcləri isə 697 milyon manat təşkil edib ki, bu da ötən il ilə müqayisədə 23 faiz azalma deməkdir.
Ən çox turist Rusiyadan, Türkiyə, Qazaxıstan və Gürcüstandan gəlib. Hindistan, Pakistan və Körfəz ölkələrindən gələn turistlərin sayı isə kəskin azalıb. Məsələn, Hindistandan gələn turistlərin sayı 76% azalaraq 18 min nəfərə, BƏƏ-dən gələnlərin sayı isə 70,7% azalararaq 4,6 min nəfərə düşüb.
Orta Asiya ölkələrindən gələn turistlərin sayı isə artıb, məsələn, Özbəkistandan səfər edənlərin sayı 51% artıb.
Turistlərin səfər məqsədləri və xərcləri
- İşgüzar səfərlər: 103,6 min nəfər (ümumi turist axınının 24,8%-i)
- İstirahət və əyləncə: 235 min nəfər (56,2%)
- Qohum və dost ziyarətləri: 61,3 min nəfər (15%)
- Müalicə məqsədilə gələnlər: 5 min nəfər
- Mağaza ziyarətləri: 1 113 nəfər
Əcnəbilərin ən çox xərclədiyi sahə nəqliyyat olub (45,6% və ya 317,9 milyon manat). Yerləşmə və qidalanma xərcləri müvafiq olaraq 19% və 18,1% təşkil edib.
Adambaşına düşən xərclər
- Ümumi orta xərc: 1 665 manat
- ABŞ vətəndaşları: 2 404 manat
- Kanada vətəndaşları: 2 267 manat
- Hindistan: 2 219 manat
- Qətər, Küveyt, BƏƏ, Bəhreyn: 2 100–2 240 manat
- Rusiya: 1 574 manat
- Türkiyə: 1 447 manat
- Gürcüstan: 1 240 manat
- Türkmənistan: 1 191 manat
Yüksək xərclərin əsas səbəbi uzaq məsafədən gələn turistlərin aviabilet xərclərinin böyük olmasıdır.
Təhlil
Statistik göstəricilər göstərir ki, Dövlət Turizm Agentliyinin milyona yaxın manat xərclədiyi reklam kampaniyaları turist axınının artmasına səbəb olmayıb. Ölkəmiz qonşu Gürcüstandan dəfələrlə geri qalır və turizm sektorunda strategiya dəyişikliklərinə ehtiyac var.
