Netanyahudan Səs-Küylü Qərar: Roman Qafmen Mosadın Yeni Rəhbəri Təyin Olundu

2 Dəq Oxuma Müddəti

Roman Qafmen Mosadın yeni rəhbəri oldu

Sionist rejimin cinayətkar baş naziri Benyamin Netanyahu təhlükəsizlik idarəçiliyində geniş rezonans doğuran qərar qəbul edərək hərbi müşaviri, general Roman Qafmeni ölkənin kəşfiyyat qurumu olan Mosadın yeni direktoru vəzifəsinə təyin edib. Qərar cümə axşamı keçirilən hökumət iclasında elan olunub.

Netanyahu çıxışında Qafmenin təyinatını “rejimin qarşıdakı mərhələdə artan təhlükəsizlik ehtiyaclarına cavab verən strateji qərar” adlandırıb. Onun sözlərinə görə, Qafmen “enerjili, təşəbbüskar, yaradıcı və yüksək səviyyəli əməliyyat bacarıqlarına malik zabit kimi özünü dəfələrlə sübut edib”.

David Barneanın müddəti başa çatır

Baş nazirin ofisi tərəfindən yayılan rəsmi məlumatda indiki Mosad rəhbəri David Barneanın səlahiyyət müddətinin gələn ilin iyununda, beş illik xidmət dövrünün tamamlanması ilə başa çatacağı bildirilib. Beləliklə, Qafmen Mosadın direktoru postunu Barneadan təhvil alacaq.

Qafmenin hərbi karyerası

Roman Qafmenin uzun illər davam edən hərbi karyerasında zirehli qoşunlarda komandirlik, 75-ci batalyona rəhbərlik, 36-cı diviziyada əməliyyat zabiti, Etzion briqadasının komandiri və 7-ci diviziyanın komandanlığı kimi mühüm vəzifələr yer alıb. Son illərdə isə o, baş nazirin hərbi müşaviri vəzifəsini icra edirdi.

Təhlükəsizlik dairələrində narahatlıq

İsrailin sabiq təhlükəsizlik rəsmilərindən bəziləri Netanyahunun bu addımını Mosad üzərində siyasi təsiri gücləndirmək cəhdi kimi qiymətləndiriblər. Onlar hesab edirlər ki, Qafmenin təyinatı Şabakın (daxili təhlükəsizlik xidməti) rəhbərliyinə general David Zinin gətirilməsinə bənzər şəkildə, baş nazirin təhlükəsizlik qurumları üzərində nəzarətini artırmaq məqsədi daşıyır.

Müşahidəçilərin fikrincə, bu dəyişiklik İsrailin təhlükəsizlik sistemində güc balansının yenidən formalaşmasına səbəb ola bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş