Netanyahu: “İsrail Bütün Müharibə Hədəflərinə Çatmaqda Qərarlıdır”

1 Dəq Oxuma Müddəti

Sionist rejimin cinayətkar Baş naziri Benyamin Netanyahu Roş Aşana bayramı ərəfəsində Baş Qərargah Forumunda çıxış edərək hökumətinin və ordunun yalnız Qəzzada deyil, bütün istiqamətlərdə savaş hədəflərini reallaşdırmaqda qətiyyətli olduğunu bildirib.

Hərbi rəhbərliklə görüş

Netanyahu çıxışını İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general Eyal Zamir və müdafiə naziri İsrael Katzla birgə tədbirdə edib. Baş nazir İsrailin düşmənləri üzərində üstünlük əldə etdiyini və təhlükəsizlik baxımından gələn ilin tarixi dönüş ili ola biləcəyini vurğulayıb.

Qəzzə və digər hədəflər

Netanyahuya görə, İsrailin əsas məqsədləri Həmasın tamamilə zərərsizləşdirilməsi, əsirlərin azad edilməsi və Qəzzanın gələcəkdə təhlükə yaratmamasıdır. Bununla yanaşı, digər bölgələrdə də «təhlükəsizlik, qələbə və sülh üçün imkanlar» yaradılacağı qeyd olunub.

“Birlik və qətiyyət vacibdir”

Netanyahu vurğulayıb ki;
“Bunun üçün iki əsas şərt lazımdır – çətin zamanlarda birlik və daima qətiyyət. Bu səbəbdən yeni ilin İsrail üçün təhlükəsizlik, qələbə və birlik ili olmasını diləyirəm.”

Netanyahunun bu açıqlamaları BMT Baş Assambleyası öncəsi, bir sıra ölkələrin Fələstin Dövlətini tanıdığı və beynəlxalq təzyiqlərin artdığı bir dövrdə səslənib. Baş nazir ABŞ-dan qayıtdıqdan sonra bu ölkələrə cavab veriləcəyini də bəyan edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş