Netanyahu Qətərdən üzr istədi
İsrailin “Kanal 12” telekanalının məlumatına görə, işğalçı rejimin baş naziri Benyamin Netanyahu, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Qətər Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb və Dohaya edilən hücuma görə rəsmi üzr istəyib.
İsrailin “Kan” telekanalı isə bildirib ki, bu üzr Qətərin tələbi əsasında baş verib və məqsəd iki tərəf arasında danışıqların bərpasıdır. Netanyahu sözügedən telefon danışığında Dohaya qarşı təcavüzün təkrarlanmayacağına dair də təminat verib.
İsraildə daxili reaksiyalar
Hadisədən sonra İsrailin “milli təhlükəsizlik naziri” İtamar Ben Qvir, Netanyahunu sərt tənqid edib. O, Qətəri “terroru dəstəkləyən ölkə” adlandıraraq baş nazirin üzrünü “zəiflik” kimi qiymətləndirib.
Sentyabr hücumu
Xatırladaq ki, 9 sentyabr 2025-ci ildə İsrail ordusu Qətərin paytaxtı Dohaya hücum təşkil etmişdi. Məqsəd HƏMAS-ın yüksək səviyyəli nümayəndələrini hədəfə almaq idi. Hücum nəticəsində 4 nəfər şəhid olmuş, HƏMAS-ın danışıqlar üzrə nümayəndə heyəti isə sağ qalmışdı.