Netanyahu BMT Çıxışını Qəzzada Səsgücləndiricilərlə Yaymağı Əmr Etdi

1 Dəq Oxuma Müddəti

Netanyahu Qəzzada “psixoloji müharibə” başlatdı

İsrail Baş naziri Benyamin Netanyahu ordusuna bu gün BMT Baş Assambleyasında edəcəyi çıxışın Qəzzadakı fələstinlilərə səsgücləndiricilərlə dinlədilməsini tapşırıb.

İsrail mediası: “təxribatçı ideya”

“Yediot Aharonot” qəzetinin məlumatına görə, Netanyahunun ofisi ordunun müvafiq əmri icra etməsi üçün göstəriş verib. “Haaretz” isə yazır ki, İsrailin cənub komandanlığı artıq çıxışın səsgücləndirici sistemlərlə, yük maşınları və sərhəd hasarı yaxınlığında quraşdırılacaq qurğular vasitəsilə yayılması üçün plan hazırlayıb.

İsrail ordusundakı mənbələr bu addımı açıq şəkildə “psixoloji müharibə” kimi qiymətləndirib.

Ordudan daxili narazılıq

Məsələ ilə bağlı İsrail ordusu rəsmi açıqlama verməsə də, bəzi yüksək rütbəli zabitlər qərarı sərt şəkildə tənqid ediblər. Onlar bu planı “ağılsız və təxribatçı ideya” adlandıraraq, bunun hərbi baxımdan heç bir fayda daşımadığını bildiriblər.

Netanyahu BMT-də nə deyəcək?

Netanyahu çıxışında Fələstini tanıyan ölkələri hədəf alacağını bəyan edib:
“Qətliamçıları qınamaq əvəzinə onlara dövlət vermək istəyən liderləri ifşa edəcəyəm. Bu, heç vaxt baş verməyəcək,” – deyə o bildirib.

İsrailin daxili müxalifəti isə Netanyahunun bu təxribatçı addımlarının beynəlxalq arenada ölkəni daha da təcrid etdiyini vurğulayır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş