Nestle Boykotların Təsiri İlə Böhrana Düşdü: 16 Min İşçi İxtisar Ediləcək

2 Dəq Oxuma Müddəti

Boykotlar Nestle-ni çökdürür

İsrailə dəstək verdiyi üçün dünya miqyasında boykotla üzləşən İsveçrə mərkəzli qida nəhəngi Nestle ciddi iqtisadi böhran içərisinə düşüb. Şirkət, bu vəziyyət fonunda 16 min əməkdaşını işdən çıxarmaq qərarına gəlib.

Nestle-nin açıqlamasına görə, 12 min ofis əməkdaşı4 min istehsal və təchizat zənciri işçisi yaxın aylarda ixtisar olunacaq. Bu addımın şirkətə illik təxminən 1 milyard İsveçrə frankı (təqribən 1,25 milyard ABŞ dolları) qənaət gətirəcəyi bildirilib.

İqtisadi təzyiq boykotlardan sonra dərinləşdi

Nestle-nin maliyyə durumu xüsusilə 2024-cü ilin son aylarından etibarən pisləşib. Şirkət, İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlara dəstək verən açıqlamaları və fəaliyyətləri səbəbilə bir çox ölkədə istehlakçılar tərəfindən boykot edilir.

Qlobal satışlarda müşahidə olunan azalma və investor etimadının zəifləməsi şirkəti struktur islahatlara və kütləvi ixtisarlara məcbur edib.

Nestle, Nescafe, KitKatPurina kimi məşhur markaları ilə tanınır, lakin son aylarda bu məhsulların satışında nəzərəçarpacaq eniş qeydə alınıb.

Rəhbərlik böhranı daha da dərinləşdirdi

Şirkətdə rəhbərlik səviyyəsində də ciddi dəyişikliklər baş verib. Keçən ay, şirkətin baş direktoru Laurent Freixe, bir əməkdaşı ilə “açıqlanmayan münasibət” iddiaları səbəbilə vəzifəsindən uzaqlaşdırılıb.

Onun yerinə uzun illər Nestle-də müxtəlif vəzifələrdə çalışmış Philipp Navratil təyin edilib. Qısa müddət sonra isə Yönetim Qurulu sədri Paul Bulcke də gözləniləndən əvvəl postunu tərk edib.

Bu hadisələr, Nestle-nin həm reputasiya, həm də idarəetmə baxımından dərin bir böhranla üzləşdiyini göstərir.

Ekspertlər: “Etibar itkisi uzunmüddətli təsir göstərəcək”

İqtisadçılar hesab edir ki, Nestle-nin boykotlardan doğan imic itkisi yaxın illərdə də satışlara mənfi təsir göstərəcək. Şirkətin brendlərinə olan inamın bərpası üçün yalnız maliyyə deyil, həm də etik addımlar atması vacib sayılır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş