Livanın paytaxtı Beyrutda, işğalçı İsrailin həyata keçirdiyi hücumlarda şəhid olan Hizbullah liderləri Seyyid Həsən Nasrullah və Haşim Safiyyuddin üçün on minlərlə izçinin iştirakı ilə anım mərasimi keçirilib.
Əl-Mənar televiziya kanalının xəbərinə görə, tədbirə bütün yaş qruplarından olan qadın və kişilərdən ibarət 74 min 475 müqavimətçi qatılıb və bunun “dünyanın ən böyük müqavimətçi toplantılarından biri” olduğu qeyd edilib.














