Müqavimət Cəbhəsinin Qələbəsi Və Müqavimətə Qarşı Mümkün Planlar

4 Dəq Oxuma Müddəti

“Qəzzada on minlərlə günahsız insanı qətliama məruz qoymaq, Livanda çağrı cihazlarını partladaraq minlərlə mülki insanı əlil etmək və dirəniş komandirlərini şəhid etmək üçün terror əməliyyatları həyata keçirməklə Dirənişi məğlub edəcəklərini düşünənlər çox keçmədən yanlış hesablar içində olduqlarını görəcəklər, inşallah.”

Həmas–İslami Cihad mərkəzli Dirəniş qruplarının fədakarlığı nəticəsində ABŞ və İsrail Qəzzada atəşkəsi qəbul etməyə məcbur qaldı.

Bu atəşkəsin müsbət və mümkün mənfi nəticələri bir neçə baxımdan qiymətləndirilə bilər:

1- İran mərkəzli Dirəniş Cəbhəsi birlikdə mühüm bir qələbə qazandı. Qəzza dirənişi İran, Yəmən, Hizbullah, Həşd-üş Şəbi və fələstinli dirəniş qruplarının həmrəyliyi və birgə hücumları nəticəsində əldə olunmuşdur.

2- Dünya ictimaiyyətində on illərlə məzlum və soyqırıma uğramış bir xalq kimi təqdim edilən sionist dəstələrin cani siması ortaya çıxdı və dünya xalqları bu işğalçı rejimin həqiqi mahiyyətini tanıdı, bununla da Holokost əfsanəsinin sionist rejim xeyrinə istifadəsi dövrü sona çatdı.

3- Məğlubedilməz hərbi qüvvə kimi təqdim edilən İsrailin şişirdilmiş bir balon olduğu ortaya çıxdı və saxta məğlubedilməz güc tabu dağıldı. ABŞ-ın birbaşa yardımı olmadan bu saxta rejimin ayaqda qala bilməyəcəyi açıq şəkildə anlaşıldı.

4- İşğalçı rejimin fələstinlilərə qarşı soyqırımına baxmayaraq, bu rejimlə diplomatik və ticarət əlaqələrini davam etdirən rejimlər rüsvay oldu və nə qədər münafiq, ikiüzlü olduqları müsəlman xalqların nəzərində ortaya çıxdı.

5- Qəzzada işğalçı rejimin bütün cinayətlərini dəstəkləyən və soyqırıma susqun qalan Qərbin həqiqi siması, Qərb sivilizasiyasının insan haqlarını müdafiə, beynəlxalq hüquqa hörmət iddialarının həqiqi mahiyyəti aşkara çıxdı.

6- İsrailin Hizbullaha qarşı məğlubiyyətini gizlətmək üçün edilən Livan atəşkəsi kimi Qəzza atəşkəsi də heç şübhəsiz İsraili xilas etməyə yönəlib. Ancaq birincisində Suriyanı HTŞ terror dəstəsi və İsrailə peşkəş çəkən ABŞ, indi başqa planların arxasında olacaq. Başqa sözlə, İsrailin məğlubiyyətinin üstünü örtmək üçün bölgədə yeni bədnam planları həyata keçirmək istəyəcək.

Bu mümkün şeytani planların başında İrana qarşı sanksiya və təzyiqləri artırmaq; Yəməndə Ənsarullah hökumətini məğlub etmək və ya ən azı barışığa məcbur etmək üçün mühasirəni gücləndirmək, təzyiq göstərmək, daxildə onlara bağlı qruplar vasitəsilə daxili qarşıdurmalar yaratmaq və Səudiləri birbaşa və ya dolayı yolla Yəmənə müdaxiləyə sövq etmək; İordan çayının Qərb sahilini işğal altındakı torpaqlara ilhaq etmək; Colan təpələri və Suriyada işğal edilən yeni strateji bölgələri HTŞ-yə qanunilik qazandırmaq müqabilində İsrailə qatmaq; İsrail terror dəstələri rejiminin varlığını və təhlükəsizliyini təmin etmək üçün İbrahim anlaşmasını bütün bölgə ölkələrinə zorla qəbul etdirmək; və İraqda Həşd-üş Şəbini dağıtmaq bu istiqamətdəki mümkün planlardandır.

Suriyanı HTŞ dəstələrinə təqdim edən qlobal güclər və bölgədəki tərəfdaşları son zamanlarda iştahları açılmış halda və guya zəfər sərxoşluğu ilə Dirəniş Cəbhəsi haqqında danışsalar da, bu arzuları ürəklərində qalacaq.

Çünki;

Dirəniş müvəqqəti bir həyəcan deyil. Dirəniş müsəlman xalqların inancından qaynaqlanan bir diriliş düşüncəsidir, məktəbdir, vəzifə şüurudur.

Dirəniş məfkurəsi silahla, sanksiya ilə, təzyiqlə aradan qaldırıla bilməz.

Dirəniş məktəbi Böyük Şeytan ABŞ və bölgədəki dostları, müttəfiqləri və kuklalarının istəyilə və ya təzyiqi ilə məhdudlaşdırıla və məğlub edilə bilməz.

Qəzzada on minlərlə günahsız insanı qətliama məruz qoymaq, Livanda çağrı cihazlarını partladaraq minlərlə mülki insanı şikəst etmək və dirəniş komandirlərini şəhid etmək üçün terror əməliyyatları həyata keçirməklə Dirənişi məğlub edəcəklərini sananlar çox keçmədən yanlış hesablar içində olduqlarını görəcəklər, inşallah.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş