MSB-dən ABŞ–İran gərginliyi ilə bağlı açıqlama

1 Dəq Oxuma Müddəti

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) tərəfindən keçirilən məlumatlandırma toplantısında ABŞ ilə İran arasında artan gərginliyə toxunularaq, “Türkiyə olaraq bütün münaqişələrin sona çatması, regionumuzda sülh və sabitliyin bərqərar olması istiqamətində səylərimizi davam etdiririk”, – deyə bildirilib. MSB eyni zamanda Egey dənizi ilə bağlı Yunanıstan mətbuatında yer alan iddialara cavab verib, Suriya istiqamətində sərhəd təhlükəsizliyinə xüsusi diqqət çəkib.

Milli Müdafiə Nazirliyinin Həftəlik Mətbuat Məlumatlandırma Toplantısı Armoni Musiqi Birliyi Komandanlığında keçirilib.

Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə Müşavir, Nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk tərəfindən keçirilən toplantıda İran ətrafında yaranan gərginlik, Suriya və Egey dənizi məsələləri ilə bağlı açıqlamalar verilib.

MSB-nin İrandakı son proseslər və sərhədlərdə görülən təhlükəsizlik tədbirləri ilə bağlı bəyanatında qeyd olunub: “Türkiyə olaraq bütün münaqişələrin bitməsi, bölgəmizdə sülh və sabitliyin təmin edilməsi üçün səylərimizi davam etdiririk. Yarana biləcək mənfi hallara qarşı dövlətimizin aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə bütün zəruri tədbirlər görülür”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş