Lavrovdan başsağlığı və sərt mövqe
Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.
İran XİN-in məlumatına görə, Lavrov ABŞ və İsrailin İrana qarşı hücumlarının beynəlxalq hüququn əsas prinsiplərini və BMT Nizamnaməsini pozduğunu bildirib. O, bu addımların region və qlobal təhlükəsizlik üçün ciddi nəticələr doğura biləcəyini vurğulayıb.
Lavrov həmçinin son hadisələrdə həlak olanlarla bağlı başsağlığı verib.
Tehran mülki obyektlərin vurulduğunu deyir
Araqçi telefon danışığında son günlər ABŞ və İsrail tərəfindən yaşayış məntəqələri, məktəblər, məscidlər, xəstəxanalar və humanitar mərkəzlərin hədəf alındığını bildirib.
O, beynəlxalq ictimaiyyəti və BMT-ni bu hadisələri qəti şəkildə pisləməyə çağırıb.
Paris də eyni mövqedə
Əraqçi Fransa xarici işlər naziri Jan-Noel Barro ilə də telefonla danışıb.
Fransa tərəfi ABŞ və İsrailin hərbi əməliyyatlarının beynəlxalq hüquqa zidd olduğunu bəyan edib və regionda gərginliyin tezliklə azaldılmasına ümid etdiyini bildirib.
Danışıq zamanı tərəflər konsulluq və ikitərəfli diplomatik məsələləri də müzakirə ediblər.
Beşinci gündür qarşılıqlı hücumlar
Bu təmaslar İranın regiondakı ABŞ bazalarına və İsrail ərazisinə qarşı hücumlarını davam etdirdiyi bir vaxtda baş tutub. Tehran bunu ABŞ-İsrail əməliyyatlarına cavab kimi təqdim edir.
Regionda hərbi və diplomatik gərginlik paralel şəkildə artmaqda davam edir.
