Misli Premyer Liqasında 13-cü tura start verilib
Misli Premyer Liqasının 13-cü turu bu gün keçirilən iki qarşılaşma ilə başlayıb. Artıq günün ilk oyunu başa çatıb, digər qarşılaşma isə davam edir.
“Kəpəz” – “Zirə”: Yevlaxda qonaqlar üstün oldu
Yevlax şəhər stadionunda keçirilən matçda “Zirə” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Bu komandalar ilk dövrədə qarşılaşanda “Zirə” 5 cavabsız qolla qalib gəlmişdi.
Qollar:
-
Liroy Mikels — 61-ci dəqiqə
-
İssa Cibrila — 84-cü dəqiqə
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
“Turan Tovuz” – “Neftçi”: 0-0
Tovuz şəhər stadionunda keçirilən qarşılaşma 0:0 hesabı başa çatdı. İlk dövrədə “Turan Tovuz” Bakıda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etmişdi.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Tura sabah və bazar günü davam olunacaq
29 noyabr (şənbə)
-
14:30 — “İmişli” – “Sabah”
-
17:00 — “Qarabağ” – “Karvan-Yevlax”
30 noyabr (bazar)
-
14:00 — “Şamaxı” – “Sumqayıt”
-
16:30 — “Qəbələ” – “Araz-Naxçıvan”
