Misirdə 3 Min İllik Firon Qolbağı Oğurlanıb Əritildi

1 Dəq Oxuma Müddəti

3 min illik qədim əşya oğurlandı

Misir Daxili İşlər Nazirliyi bu ayın əvvəlində muzeydən yoxa çıxan 3 min illik qədim qolbağın oğurlandığını və daha sonra əridildiyini açıqlayıb.

Turizm və Qədim Əsərlər Nazirliyi bəyan edib ki, qolbaq miladdan əvvəl təxminən 1000-ci ildə hökm sürən Kral Amenemopeyə məxsus olub. Əsərin üzərində lapis lazuli daşından hazırlanmış muncuqlar vardı. 9 sentyabrda Qahirədə yerləşən konservasiya laboratoriyasında saxlanılan seyfdən yoxa çıxmışdı.

Oğurluğun izi tapıldı

İtkin düşdükdən sonra xüsusi komitə yaradılıb və laboratoriyada saxlanılan digər əsərlər də yoxlanılıb. Qolbağın şəkilləri hava limanları, dəniz limanları və sərhəd-keçid məntəqələrinə göndərilmişdi.

Nazirliyin açıqlamasına görə, oğurluğu muzeydə çalışan bərpa mütəxəssisi törədib. Əvvəlcə əşyanı gümüş tacirinə satıb, daha sonra bilərzey Qahirənin tarixi zərgərlik bazarında bir emalatxana sahibinə keçib. Nəhayət, qızıl əritmə ustası tərəfindən digər metalla birlikdə əridilərək yeni məmulat hazırlanıb.

Hadisə ilə bağlı şübhəlilər saxlanılıb, satışdan əldə olunan 194 min Misir funtu (təxminən 4 min dollar) müsadirə edilib.

Muzey açılışı öncəsi qalmaqal

Olay, Qiza piramidalarının yaxınlığında noyabr ayında açılması planlaşdırılan Böyük Misir Muzeyinin hazırlıqları fonunda baş verib. Bu muzey Misirin qədim irsini dünyaya tanıtmaq məqsədi daşıyır və ölkə turizminin əsas gəlir mənbələrindən biri kimi qiymətləndirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş