Misir və İsrail Arasında “Tarixi” Qaz Müqaviləsi – Trampın Masaya Qoyduğu Böyük Oyun

1 Dəq Oxuma Müddəti

100 milyard kubmetrdən artıq qaz Misirə gedəcək

Sionist rejim mediasının məlumatına görə, işğal altındakı Fələstin sularında yerləşən “Leviathan” qaz yatağından hasil olunan təxminən 103 milyard kubmetr qaz Misirə ixrac ediləcək. MÜqavilə İsrail mətbuatı tərəfindən “tarixi müqavilə” kimi dəyərləndirilir.

Müqavilənin dəyəri 10 il ərzində 35 milyard dollar olaraq qiymətləndirilir. Bu, regionun enerji xəritəsində ciddi nəticələr doğura biləcək ən böyük enerji əməkdaşlıqlarından biri hesab olunur.

Anlaşmada “Chevron” və ABŞ faktorunun rolu

“Globes” qəzetinin geosiyasi məsələlər üzrə müxbiri Din Şmuel Elmas bildirib ki, ABŞ-ın enerji nəhəngi “Chevron” bu tərəfdaşlığın mərkəzində dayanır və anlaşmanın həyata keçirilməsində əsas oyunçulardandır.

Elmasın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu sazişdən iki əsas məqsəd güdürdü:

  1. Ağ Ev ilə “Chevron” arasında əlaqələri gücləndirmək;

  2. Misirin prezidenti Əbdülfəttah əs-Sisinin siyasi sabitliyini dəstəkləmək.

Trampın siyasi planı: Vaşinqton görüşü

Məlumatlara görə, Tramp əvvəlcədən bilirdi ki, bu anlaşmanın imzalanması İsrailin baş naziri Benyamin Netanyahuyla Misir prezidentinin Vaşinqtonda görüşməsinə zəmin yarada bilər. Qəzza müharibəsi davam etdiyi müddətdə belə bir görüş baş tutmamışdı.

ABŞ administrasiyası bu addımın həm regional enerji əməkdaşlığını artıracağını, həm də siyasi münasibətlərdə yeni kanallar açacağını hesablayırdı.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş