Misir Sərhədində Gərginlik: Sionist Rejim Hərbi Zona Elan Etdi

2 Dəq Oxuma Müddəti

İsrail Misir sərhədində “PUA” böhranı elan etdi

İşğalçı rejim naziri Yisrael Kats ordunun sərəncamına yeni tapşırıq verərək Misir sərhədindəki ərazilərin “qapalı hərbi zona” elan edilməsini əmr edib. Qərar, Sina yarımadasından İsrailə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə silah qaçaqçılığı edildiyi iddiaları fonunda qəbul olunub.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, Katz məsələ ilə bağlı ordu, polis və daxili təhlükəsizlik xidməti Şin Bet (Şabak) rəhbərləri ilə təcili toplantı keçirib. Görüşdə sərhəd boyunca artan “PUA aktivliyi” və bu uçuş aparatlarının qaçaqmalçılıq məqsədilə istifadə oluna biləcəyi müzakirə olunub.

Qapalı hərbi zona və yeni atəş açma qaydaları

Nazirlikdən verilən açıqlamada bildirilib ki, Katz ordudan Misir sərhədindəki bəzi strateji bölgələrin hərbi zona elan edilməsini və həmin ərazilərdə atəş açma təlimatlarının yenilənməsini tələb edib.

Yeni qaydalara əsasən, bu ərazilərə icazəsiz daxil olan şəxslər, qaçaqçılar və ya PUA operatorları birbaşa “hədəf kimi” qəbul ediləcək.

Mənbələrə görə, Şin Bet rəhbəri David Zini ilə görüşdə də məsələ geniş şəkildə müzakirə olunub. Təhlükəsizlik xidməti bu hadisələri “terror təhdidi səviyyəsində təhlükə” kimi qiymətləndirmək üzərində işləyir.

Qaçaqçılıq və təhlükəsizlik arqumentləri

Sionist tərəfi bildirir ki, son aylarda Sina yarımadasından İHA-lar vasitəsilə silah, sursat və digər hərbi materialların ölkəyə daşınması halları müşahidə edilib.

Misir rəsmiləri bu iddialarla bağlı rəsmi açıqlama verməsə də, Qahirə ilə Təl-Əviv arasında koordinasiya məsələsinin müzakirə olunduğu qeyd edilir.

Ekspertlərin fikrincə, bu addım bölgədəki təhlükəsizlik balansını dəyişdirə bilər və İsrail-Misir sərhədində gərginliyi artırmaq riski daşıyır.

Regional təhlükəsizlik üçün yeni gərginlik ocağı

Siyasi müşahidəçilər hesab edirlər ki, İsrailin bu addımı Qəzza və Qızıldəniz istiqamətlərində artan təhlükəsizlik böhranı fonunda regional eskalasiyanı dərinləşdirə bilər.

Bəzi beynəlxalq analitiklər isə bu qərarı “daxili təhlükəsizlik mesajı və Misirə təzyiq jesti” kimi dəyərləndirirlər.

Hazırda İsrail ordusu sərhəd boyunca müşahidə və elektron izləmə sistemlərini gücləndirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş