Miqren və Baş Ağrıları Qlobal Səhiyyə Böhranına Çevrilib

2 Dəq Oxuma Müddəti

Miqren — dünya üzrə ən geniş yayılmış sağlamlıq problemi

Avstraliyanın La Trobe UniversitetiWestern Health qurumunun alimləri tərəfindən aparılan tədqiqat, Cell Reports Medicine jurnalında dərc olunub və 1990–2021-ci illəri əhatə edən Beynəlxalq Xəstəlik Yükü (GBD) məlumatlarına əsaslanıb.

Araşdırma nəticəsində məlum olub ki, hazırda dünya əhalisinin təxminən 2,8 milyardı miqren və müxtəlif növ baş ağrılarından əziyyət çəkir. Bu göstərici baş ağrısını ən geniş yayılmış və iş qabiliyyətini azaldan sağlamlıq problemlərindən birinə çevirir.

Müasir həyat tərzi riskləri artırır

Tədqiqatçılar bildirirlər ki, stres, hərəkətsiz həyat tərzi, alkoqol və kafein istifadəsi, keyfiyyətsiz yuxu baş ağrılarının əsas səbəbləri sırasındadır.

Məlumata görə, xüsusilə 30–44 yaş arası qadınlaryüksək gəlirli ölkələrdə yaşayan insanlar bu problemlərdən daha çox təsirlənirlər.

Pandemiya da təsirsiz ötüşməyib

Alimlər qeyd edirlər ki, COVID-19 pandemiyası baş ağrısı hallarını daha da artırıb. Həm virusun yoluxması, həm də vaksinasiya prosesindən sonra xroniki baş ağrısı şikayətlərinin davam etdiyi müşahidə olunub.

“Problemin azalması yaxın zamanda gözlənilmir”

Araşdırmanın baş müəllifi, professor Tissa Vijeratne vurğulayıb ki, tibbi diaqnostika və müalicə sahəsində irəliləyişlərə baxmayaraq, risk faktorlarının qalması və peşəkar tibbi yardıma məhdud çıxış səbəbindən baş ağrısı pozğunluqlarında azalma tendensiyası gözlənilmir.

“Baş ağrısı yalnız fərdi bir narahatlıq deyil, həm də iqtisadi və sosial nəticələri olan qlobal səhiyyə problemidir,” – deyə Vijeratne bildirib.

Qlobal səhiyyə gündəminə daxil edilməlidir

Mütəxəssislər hesab edirlər ki, baş ağrısı və migrenlə mübarizə beynəlxalq səhiyyə gündəminin prioritetinə çevrilməlidir. Bunun üçün fərdlərə yönəlik xüsusi müalicə proqramları, profilaktik maarifləndirməsəhiyyə investisiyalarının artırılması vacib hesab olunur.

Tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, migren və baş ağrıları istehsal itkisinə, psixoloji gərginliyə və sosial problemlərə səbəb olur və bu vəziyyətin aradan qaldırılması üçün dövlətlər səviyyəsində koordinasiyalı addımlar atılmalıdır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş