Milli Təhlükəsizlik Komissiyası: İnqilab Rəhbərinə Hücum İslam Dünyasına Müharibə Elanıdır

1 Dəq Oxuma Müddəti

İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri ABŞ Prezidentinə ünvanladıqları bəyanatda, İnqilab Rəhbərinə qarşı istənilən hücumun bütün İslam dünyasına müharibə elan edilməsi mənasına gəldiyini vurğulayıblar. Bəyanatda qeyd olunur ki, belə bir halda İslam alimlərinin “Cihad” hökmü verməsi və dünyanın hər yerindəki İslam əsgərlərinin cavab verməsi gözlənilməlidir.

Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının bəyanat mətni belədir:

“Bismillahir-rəhmanir-rəhim

Böyük və Qəhrəman İran Milləti,

Terrorçu ABŞ hökumətinin prezidenti; 12 günlük müharibə və İŞİD-vari terror fəaliyyətləri də daxil olmaqla İran millətindən aldığı müxtəlif məğlubiyyətlərdən sonra, bu dəfə Uca İnqilab Rəhbərini hədələmək cəsarətini göstərmişdir.

Birləşmiş Ştatların ruhi xəstə prezidenti bilməlidir ki, İslam dünyasının rəhbəri Həzrət Ayətullah əl-Uzma İmam Xameneiyə qarşı istənilən təcavüz bütün İslam dünyasına müharibə elan etmək deməkdir. Bu halda İslam alimlərinin “Cihad” hökmü verməsini və İslam əsgərlərinin dünyanın hər nöqtəsində buna cavab verməsini gözləməlidir.

Terrorçu ABŞ hökuməti son dövrlərdə İran millətinə zorla qəbul etdirdiyi minlərlə şəhidin əvəzində eyni sayda Amerika əsgərinin də itki verməli olduğunu bilməlidir. Həmçinin amerikalıların dünya üzrə bütün hərbi, iqtisadi və siyasi maraqlarının İslam əsgərləri tərəfindən hədəf alınacağını və ABŞ-ın ruhi xəstə prezidentinin General Süleymani və İranda minlərlə günahsız insanın şəhid edilməsi səbəbilə şəxsən qisasla cəzalandırılmalı olduğunu anlamalıdır.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş