Qlobal Sumud Donanması Qəzzaya doğru
Qəzzaya humanitar yardım aparmaq üçün yola çıxan Qlobal Sumud Donanması İsrail donanmasının müdaxiləsinə məruz qalıb. Donanmanın öncül gəmilərindən Mikeno izləmə sisteminə görə artıq Qəzzanın sahil sularına daxil olub. Lakin gəmiyə İsrail qüvvələrinin müdaxilə edib-etmədiyi hələlik dəqiqləşməyib.
Hazırda təxminən 15 gəmi fəaliyyətdə qalaraq Qəzza sahillərindən 80 kilometr uzaqda irəliləyir. İsrail donanmasının hücumları nəticəsində ələ keçirilən gəmi sayı isə 26-ya çatıb.
Mikeno gəmisində türk fəal var
Məlumata görə, Mikeno gəmisi İspaniyadan yola düşüb və göyərtəsində Türkiyədən fəal Məhəmməd Hüzeyfə Küçükalptekin də var. Hazırda gəmi Qəzzadan təxminən 21 kilometr (11 dəniz mili) məsafədə yerləşir.
Aktivistlərə silah tuşlanıb
Donanmaya edilən basqın anları təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə xilasedici geyimdə olan fəallara İsrail əsgərlərinin silah tuşlaması açıq şəkildə görünür. Filo saytında yayımlanan canlı görüntülərdə isə Captain Nikos gəmisinə israilli hərbçilərin zorla daxil olması və fəalları həbs etməsi əks olunub.
Saxlanılanların sayı artır
Qlobal Sumud Donanması sözçüsü Seif Abukeşek bildirib ki, İsrailin hücum etdiyi gəmilərdə müxtəlif ölkələrdən onlarca fəal saxlanılıb. Son məlumata görə, həbs olunan türk vətəndaşlarının sayı 34-ə yüksəlib.
Saxlanılan fəallar arasında 30 ispan, 22 italiyalı, 21 türk, 12 malayziyalı, 11 tunisli, 11 braziliyalı, 10 fransız, 9 irlandiyalı, 8 əlcəzairli, 7 ABŞ vətəndaşı, 7 alman, 6 britaniyalı və daha çox ölkədən nümayəndələr var.
Donanmanın 22 gəmisi hələ də yolda
Türkiyə nümayəndə heyətinin açıqlamasına görə, indiyədək 15 gəmiyə müdaxilə olunub, saxlanılan türk fəallarının sayı isə 25-dən 34-ə qalxıb. Son rəsmi məlumatlara əsasən, 52 gəmidən 22-si hələ də Qəzzaya doğru irəliləyir və sahilə təxminən 10 kilometr məsafə qalıb.