Melonidən Trampa Sərt NATO Çıxışı

2 Dəq Oxuma Müddəti

ABŞ Prezidenti Donald Trampın “Amerika olmadan NATO heç nədir” sözləri Qərb alyansında yeni bir böhranı alovlandırdı. İtaliyanın Baş naziri Corciya Meloni Tramp cəbhəsinə açıq eyhamlar edərək Avropanın “passiv şəkildə qorunan tərəf” olmadığını vurğuladı və Vaşinqtona sərt mesajlar ünvanladı. Bununla da NATO daxilindəki güc mübarizəsi və maraq toqquşması bir daha üzə çıxdı.

Romadakı Palazzo Chigidə keçirilən mətbuat konfransında çıxış edən Meloni ABŞ–Avropa münasibətlərinin birtərəfli asılılıq deyil, qarşılıqlı maraq balansına söykəndiyini bildirdi. Trampın açıqlamalarına dolayı cavab verən Meloni Avropanın daim “icazə alan tərəf” kimi təqdim edilməsinə etiraz etdi.

Meloni ABŞ-dan uzaqlaşmanı müdafiə edən çevrələri də tənqid edərək bu yanaşmanın praktikada nə demək olduğunu sual altına aldı. İtaliya liderinin işlətdiyi ifadələr alyans daxilindəki gərginliyin miqyasını açıq şəkildə ortaya qoydu:

“Məsafə qoymaq nə deməkdir? NATO-dan çıxaqmı? Amerika bazalarını bağlayaqmı? Ticarət əlaqələrini kəsəkmi? McDonald’s-ı basaqmı? Nə edilməsini istəyirlərsə, açıq deməlidirlər.”

Bu sözlər ABŞ ilə Avropa arasındakı fikir ayrılıqlarının artıq qapalı qapılar arxasında deyil, ictimaiyyət qarşısında da açıq şəkildə səsləndirildiyini göstərdi. Mütəxəssislər Tramp administrasiyasının təzyiqçi ritorikasının Avropada narahatlıq yaratdığını və NATO daxilində yeni bir güc mübarizəsi mərhələsinə daxil olunduğunu qeyd edirlər.

Yaşanan mübahisə “ortaq tərəfdaşlıq” şüarı ilə fəaliyyət göstərən Qərb alyansında maraqların toqquşduğunu və tərəflərin bir-birinə qarşı mövqe tutmağa başladığını bir daha göz önünə sərdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş