Manuel Akanji “İnter”ə Transfer Olundu

0 Dəq Oxuma Müddəti

Yay transfer pəncərəsinin son günündə “İnter” klubu beşinci yeni oyunçusunu heyətinə qatıb.

Transfer mütəxəssisi Fabrizio Romano bildirib ki, “İnter” 29 yaşlı Manuel Akanjini “Mançester Siti”dən bir mövsümlük icarə əsasında transfer edib. Müqavilədə şərti satınalma bəndi də yer alır.

Məlumata görə, “İnter” Akanjinin icarəsi üçün “Siti”yə 2 milyon avro ödəyəcək. Əgər milanlılar A Seriyasında çempion olsalar, əlavə 15 milyon avro ödəməklə futbolçunu tam şəkildə transfer edəcəklər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş