Mançester Siti Bernabeuda Tarixi Səfər Qələbəsi Qazandı

1 Dəq Oxuma Müddəti

Bernabeuda möhtəşəm qarşılaşma

UEFA Çempionlar Liqasının 6-cı turunda futbolsevərlərin səbirsizliklə gözlədiyi görüşdə “Real Madrid” doğma “Santyaqo Bernabeu” stadionunda İngiltərə nəhəngi “Mançester Siti”ni qəbul edib. Templi və gərgin mübarizə 2:1 hesabıyla qonaqların xeyrinə başa çatıb.

 Qarşılaşmanın 28-ci dəqiqəsində Rodriqo Madrid klubunu irəli çıxarıb. Lakin Mançester Siti yalnız 7 dəqiqə sonra — 35-ci dəqiqədə Nik O’Reyllinin qolu ilə hesabı bərabərləşdirib.

Penalti epizodu və qələbəni gətirən zərbə

42-ci dəqiqədə VAR yoxlaması nəticəsində Mançester Siti penaltı qazanıb. 43-cü dəqiqədə Erling Haaland nöqtədən dəqiq zərbə ilə komandasının ikinci qolunu vurub. İlk hissə bu nəticə ilə başa çatıb.

İkinci hissədə hər iki komanda qol üçün fürsətlər yaratsa da, hesab dəyişməyib. Pep Qvardiolanın komandası oyun boyunca nizam-intizamı qoruyaraq Madrid klubunun hücumlarını uğurla dəf edib.

Qrupdakı vəziyyət

Qalibiyyət Mançester Siti-yə xalını 13-ə yüksəltməyə və liderlik mövqeyini möhkəmləndirməyə imkan verib. Xabi Alonsonun rəhbərlik etdiyi Real Madrid isə mövsümdə ikinci dəfə məğlub olaraq 12 xalla qalıb.

Mbappe ehtiyatda saxlanıldı

Real Madrid-in fransalı ulduzu Kilian Mbappe yüngül zədə səbəbindən risk edilməyərək qarşılaşmada meydana çıxmayıb. Son həftələr istənilən nəticəni verə bilməyən Madrid klubunda azarkeşlərin narazılığı stadionda açıq şəkildə hiss olunub və bəzi futbolçular zaman-zaman fitə basılıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş