Malayziya İslami Təşkilatlar Məsləhət Şurasından İmam Xameneiyə Dəstək

2 Dəq Oxuma Müddəti

Malayziya İslami Təşkilatlar Məsləhət Şurası (MAPIM) yaydığı bəyanatda İslam İnqilabının Rəhbərinin Donald Trampı məsuliyyətli hesab edən açıqlamalarına dəstək verdiyini bildirib.

MAPIM-in rəsmi bəyanatında qeyd olunur ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin İranda son iğtişaşlar nəticəsində baş verən ölümlər, dağıntılar və sabitliyi pozma fəaliyyətlərinə görə Donald Trampı məsul tutan mövqeyi dəstəklənir.

Bəyanatda deyilir:
“İranda baş verən son hadisələr xarici müdaxilələr, etirazların mühəndislik yolu ilə silahlı aksiyalara çevrilməsi kimi tanış bir model çərçivəsində qiymətləndirilməlidir. Bu proses dünyanın müxtəlif bölgələrində mülki əhalinin böyük əzablar çəkməsinə və zərər görməsinə səbəb olmuşdur.”

Şura xalqların dinc etiraz hüququnu vurğulayaraq belə açıqlama verib:
“İranda son hadisələrdə müşahidə olunan hal, mülki etirazların zorakılığa, mülki şəxslərə, təhlükəsizlik qüvvələrinə və ictimai infrastruktura qarşı hücumlara yönəldilməsidir. Bu proses xarici kəşfiyyat qurumları tərəfindən idarə edildikdə və ya dəstəkləndikdə geosiyasi müharibə alətinə çevrilir.”

Bu İslami qurum həmçinin Mike Pompeo və sionist rejimin kəşfiyyat strukturları tərəfindən yayımlanan, iğtişaşları dəstəkləyən və hətta sahədə mövcud olduqlarını iddia edən mesajlardan dərin narahatlıq ifadə edərək, bunu milli suverenliyin və beynəlxalq hüququn açıq pozuntusu kimi qiymətləndirib.

MAPIM demokratiya iddiasında olan tərəflərin ikili standartlarını tənqid edərək bildirib:
“Öz sərhədləri daxilində etirazları zorla yatıran, işğal, mühasirə və müharibə cinayətlərinə qarşı susan aktorların başqa ölkələrdə sabitliyi pozmağa çağırış etməsi, azadlıq anlayışının alət kimi sui-istifadə edildiyini göstərir.”

Bəyanatın sonunda MAPIM milli suverenlik prinsiplərinin qorunmasını, xarici müdaxiləyə qarşı mövqeni və mülki əhalinin can təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayaraq, beynəlxalq ictimaiyyəti “rejim dəyişikliyi” yanaşmalarından imtina etməyə, beynəlxalq hüquqa sadiq qalmağa və dialoqla gərginliyin azaldılması yolunu seçməyə çağırıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş