Mərmərə dənizində güclü yeraltı təkan
AFAD-ın məlumatına görə, bu gün saat 14:55-də Marmara dənizində 5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Tekirdağın Marmaraereğlisi açıqları olub.
İstanbulda panikaya səbəb oldu
Zəlzələnin şiddəti İstanbul və ətraf bölgələrdə də hiss olunub. Qısa müddətli narahatlıq yaradan təkanların ardından bəzi vətəndaşlar küçələrə çıxıb.
Hazırda hər hansı dağıntı və can itkisinin olmadığı bildirilir. AFAD bölgədə vəziyyəti izlədiyini və zəlzələ ilə bağlı ictimaiyyəti davamlı olaraq məlumatlandıracağını açıqlayıb.
Mütəxəssislər Marmara bölgəsinin seysmik baxımdan aktiv zolaqda yerləşdiyini xatırladaraq, ehtiyatlı olmağın vacibliyini vurğulayırlar.