London derbisində qalib müəyyənləşmədi
İngiltərə Premyer Liqasının XIII turu çərçivəsində keçirilən London derbisində “Çelsi” doğma meydanda “Arsenal”ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatıb.
Qollar və qırmızı kart
Derbidə ilk təhlükəli məqamlar matçın əvvəllərindən etibarən yaşanıb. 38-ci dəqiqədə Çelsinin yarımmüdafiəçisi Moyses Kaysedo qaydanı kobud şəkildə pozduğu üçün birbaşa qırmızı kartla meydandan qovulub və “zadəganlar” görüşü 10 nəfərlə davam etdirməli olublar.
Buna baxmayaraq, meydan sahibləri ikinci hissənin əvvəlində hesabı açmağa nail olublar. 48-ci dəqiqədə Trevoh Çalobah dəqiq zərbə ilə “Çelsi”ni önə keçirib.
Arsenal isə təzyiqi artıraraq cavab qolunu tapıb. 59-cu dəqiqədə Merino dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib. Qalan dəqiqələrdə hər iki komanda təhlükəli hücumlar yaratsa da, hesab dəyişməyib.
Turnir cədvəli
Bu nəticədən sonra Arsenal xallarını 30-a yüksəldərək turnir cədvəlində liderliyini qoruyub.
“Çelsi” isə aldığı 1 xalla 24 xala çatıb.
