Rəsmi açıqlama
Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, bazar gecəsi Kiprdə yerləşən “Akrotiri” hava bazasına edilən pilotsuz uçuş aparatı hücumu İrandan həyata keçirilməyib.
Söhbət RAF Akrotiri hərbi hava bazasından gedir. Obyekt Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsusdur və regionda strateji əhəmiyyət daşıyır.
Müxtəlif iddialar
Bundan əvvəl Kipr Prezidenti Nikos Xristodulidis bazanın “Şahid” tipli pilotsuz aparatla hədəf alındığını bildirmişdi.
Eyni zamanda bəzi sionist rejim media orqanları hücumun İran tərəfindən deyil, Hizbullah tərəfindən həyata keçirilə biləcəyi barədə məlumat yaymışdı.
Gərginlik fonunda hücum
Hadisə İsrail və ABŞ-ın İrana, eləcə də Livana qarşı davam edən hərbi təcavüzləri fonunda baş verib. Regionda son günlər qarşılıqlı zərbələr və təhdidlər artıb.
Hazırda hücumun dəqiq mənbəyi ilə bağlı rəsmi araşdırma davam edir.
Təhlükəsizlik məsələsi
“Akrotiri” bazası Qərbi Asiyada keçirilən əməliyyatlar üçün əsas hərbi mərkəzlərdən biri hesab olunur. Bu səbəbdən hücum bölgədəki təhlükəsizlik mühitinə dair sualları artırıb.
London hadisə ilə bağlı əlavə detallar açıqlamayıb.
