Liverpuldan Sensasiya: Sonuncu Yerə Uduzdu

1 Dəq Oxuma Müddəti

Premyer Liqada gözlənilməz nəticə

Liverpul FK İngiltərə Premyer Liqasının 29-cu turunda sürpriz məğlubiyyətlə üzləşib. Komanda səfərdə turnir cədvəlinin son pilləsində qərarlaşan Vulverhempton Uonderersa 1:2 hesabı ilə uduzub.

Matç boyu topa daha çox nəzarət edən və üstün görünən “Liverpul” buna baxmayaraq, hesabı ilk buraxan tərəf olub.

Qollar son dəqiqələrdə vuruldu

Evin sahibləri oyunda ilk ciddi hücumunu 78-ci dəqiqədə qola çevirib. Rodrigo Qomeş dəqiq zərbə ilə hesabı açıb.

Beş dəqiqə sonra “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah hesabı bərabərləşdirib. O, 2025-ci il 1 noyabrdan bəri Premyer Liqada ilk qolunu vurub.

Lakin qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Andre qalibiyyət qolunu vuraraq “Vulverhempton”a 2:1 hesablı qələbə qazandırıb.

Turnir cədvəlində vəziyyət

Bu nəticə ilə “Liverpul” üç turdan sonra ilk dəfə xal itirib. “Vulverhempton” isə son 10 həftədə ikinci qələbəsini qazanıb.

Hazırda ötən mövsümün çempionu olan “Liverpul” lider Arsenal FKdan 16 xal geri qalır.

Qalatasarayla oyun öncəsi zərbə

Məğlubiyyət İngiltərə təmsilçisinin psixoloji durumuna da təsir edə bilər. “Liverpul” martın 10-da Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İstanbulda Qalatasaray FK-nun qonağı olacaq.

Cavab görüşü isə martın 18-də İngiltərədə keçiriləcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş