Liverpooldan dörd oyunlu böhrana son
İngiltərə Premyer Liqasının 10-cu turunda “Liverpool” doğma “Enfild” stadionunda “Aston Villa”nı qəbul etdi. Qırmızılar, 2:0 hesabı ilə qalib gələrək son dörd oyunda davam edən məğlubiyyət seriyasına son qoydu.
Son həftələrdə yüksələn formada olan və ötən turda “Mançester Siti”ni məğlub edən “Aston Villa” bu dəfə eyni uğuru təkrarlaya bilmədi. Oyun ərzində topa daha çox sahib olan “Liverpool” 45+1-ci dəqiqədə misirli ulduz Məhəmməd Salahın qolu ilə hesabı açdı və fasiləyə üstün getdi.
Salahdan tarixi qol
İkinci hissədə də üstünlüyünü qoruyan meydan sahibləri 58-ci dəqiqədə Ryan Qravenberxin qolu ilə fərqi iki topa çatdırdı. Görüşün qalan dəqiqələrində hesab dəyişməyincə, “Liverpool” vacib 3 xal qazandı.
Bu nəticə ilə baş məşqçi Arne Slotun yetirmələri xallarını 18-ə yüksəltdi və yenidən turnir cədvəlində yuxarı pillələrə doğru irəlilədi. “Aston Villa” isə Unai Emerinin rəhbərliyi altında 15 xalda qaldı və 4 oyunluq qalibiyyət seriyasına son qoydu.
Oyunun qəhrəmanı Məhəmməd Salah oldu. Misirli hücumçu “Liverpool” forması ilə 250-ci qoluna imza ataraq klub tarixində iz qoyan futbolçular sırasına daxil oldu. Salah eyni zamanda Premyer Liqada dörd dəfə bombardir adını qazanmış yeganə afrikalı futbolçudur.
Qarşıda Real Madrid sınağı
Xatırladaq ki, “Liverpool” ötən həftə UEFA Avropa Liqasının qrup mərhələsində “Qalatasaray”a 0:1 hesabı ilə məğlub olmuşdu. Komanda növbəti oyununu 4 noyabr çərşənbə axşamı UEFA Çempionlar Liqasında Arda Gülərin formasını geyindiyi “Real Madrid”ə qarşı keçirəcək.
Chelsea də qələbə qazandı
Premyer Liqanın digər oyunda “Çelsi” səfərdə “Tottenhem”lə qarşılaşıb. London təmsilçisi Joao Pedronun vurduğu yeganə qolla 1:0 hesablı qələbə əldə etdi. Bu nəticədən sonra “Çelsi” xallarını 17-yə, “Tottenhem” isə 17-də saxladı.
