Blidada ev partladıldı
Livanın cənubunda işğalçı rejimin qüvvələrinin hərbi fəaliyyəti nəticəsində Blida qəsəbəsində yaşayış evi partladılıb. Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, səhər saatlarında sionist rejimə məxsus pilotsuz uçuş aparatı əvvəlcə evə səs bombaları atıb.
Hadisədən sonra ailə evdən təxliyə edilib. Daha sonra sionist rejim hərbçiləri əraziyə daxil olaraq evi minalayıb və partladıblar. Yerli media həmçinin bildirir ki, partlayışdan əvvəl pilotsuz aparatlar tərəfindən partlayıcı qurğular da atılıb.
Ayta əş-Şaab və digər qəsəbələr atəşə tutuldu
Məlumata göre sionist rejimə məxsus məxsus “Merkava” tankı Ayta əş-Şaab qəsəbəsini iki mərmi ilə hədəfə alıb. Eyni zamanda qəsəbə üzərində uçan pilotsuz aparatların 4 səs bombası atdığı bildirilib.
Hadisə bölgə sakinlərinin şəhid Abdullah Nasirin dəfn mərasimində iştirak etmək üçün qəsəbəyə toplaşdığı vaxta təsadüf edib.
Qərb sektorunda da analoji hadisə qeydə alınıb. Sionist rejimə məxsus uçuş aparatı Ayta əş-Şaab istiqamətində səs bombası atıb.
“Mavi xətt” keçildi
Yaron və Ayterun istiqamətində atəş
Gecə saatlarında sionist rejimə məxsus “Merkava” tankının Livan–İsrail sərhədini müəyyən edən “Mavi xətt”i keçərək Yaron qəsəbəsi istiqamətində atəş açdığı bildirilib.
Bundan əlavə, işğalçı rejim qüvvələri “Malikiyə” hərbi mövqeyindən Ayterun qəsəbəsinin kənarlarına doğru atəş açıb.
Davam edən əməliyyatlar və saxlanma
Məlumata görə, iki gün əvvəl sionist rejim qüvvələri Həsbaya və Mərcəyun bölgəsində İslam Camaatının məsul şəxsi Atvi Atvini evindən aparıb. Bildirilir ki, sionist rejim hərbçiləri səhər tezdən Həbariyə qəsəbəsinə sızaraq onu naməlum istiqamətə aparıblar.
Qeyd olunur ki, bu hadisələr 27 noyabr 2024-cü il tarixində elan olunmuş atəşkəsdən sonra sionist rejimin bölgədə davam edən əməliyyatları fonunda baş verir.
Gərginlik yenidən artır
Livanın cənubunda son günlər qeydə alınan bu hadisələr sərhəd bölgəsində gərginliyin yenidən artdığını göstərir. Yerli mənbələr vəziyyətin həssas olaraq qaldığını bildirir.
