Livanda İsrail Casus Şəbəkəsi Zərərsizləşdirildi

2 Dəq Oxuma Müddəti

Livan təhlükəsizlik qüvvələri İsrail casuslarını yaxaladı

Livan təhlükəsizlik qurumları İsrailin xeyrinə fəaliyyət göstərən casus və terror şəbəkəsinə ağır zərbə endirib. Cümə gecəsi həyata keçirilən genişmiqyaslı əməliyyat nəticəsində Sionist rejimə xidmət edənlər tamamilə zərərsizləşdirilib.

Aparılan istintaq zamanı məlum olub ki, şəbəkə Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullahın şəhadət ildönümünə həsr olunmuş mərasimlər zamanı altı müxtəlif bombalı hücum həyata keçirməyi planlaşdırıb.

Əməliyyat Aramun və Antelyasda aparılıb

Livan Ümumi Təhlükəsizlik İdarəsinin açıqlamasına görə, “düşmən İsrail”in adından fəaliyyət göstərən bu terror hücrəsi ölkə daxilində silsilə partlayışlar və sui-qəsdlər təşkil etməyə hazırlaşırdı.

Əməliyyat ordunun və xüsusi xidmət orqanlarının koordinasiyasında AramunAntelyas bölgələrində eyni vaxtda keçirilib. Nəticədə dörd nəfər saxlanılıb, onlarla partlayıcı qurğu, detektor və rabitə avadanlığı ələ keçirilib.

Şübhəlilər arasında əcnəbilər də var

Rəsmi məlumata görə, saxlanılanlardan biri əvvəlcə “əl-Cəmaatül-İslamiyyə” təşkilatının bəzi rəhbərlərinə qarşı sui-qəsd cəhdlərində iştirak etdiyini etiraf edib. Hücrə üzvləri arasında bir Braziliya vətəndaşı, bir fələstinli və iki livanlı olduğu açıqlanıb.

Mənbələr bildiriblər ki, şəbəkə üzvləri İsrail xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilib və uzaqdan idarə olunan partlayıcılar vasitəsilə hücumlar planlaşdırıblar.

“Müqavimətin kəşfiyyat üstünlüyü sübut olundu”

Livan təhlükəsizlik orqanları əməliyyatla bağlı araşdırmaların davam etdiyini, nəticələrin ictimaiyyətlə bölüşüləcəyini bəyan edib. Müqavimət tərəfdarı dairələr isə hadisəni “Livanın təhlükəsizliyinə qarşı növbəti İsrail təxribatı” kimi dəyərləndirib.

Onların sözlərinə görə, bu əməliyyat “müqavimətin yalnız hərbi deyil, həm də kəşfiyyat cəbhəsində üstünlüyünü bir daha sübut edib”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş