Hollandiyalı çalışdırıcı Erik ten Haq Bundesliqanın yeni mövsümünün başlamasından cəmi iki həftə sonra “Bayer Leverkuzen”dən istefaya göndərildi.
Təsnim xəbər agentliyinin məlumatına görə, klub rəsmi bəyanat yayaraq Ten Haqla yolların ayrıldığını açıqlayıb.
Qeyd edək ki, o, ötən mövsümün sonunda Xabi Alonsonu əvəz edərək Leverkuzenin baş məşqçisi postuna gətirilmişdi. Lakin holland mütəxəssis cəmi 3 rəsmi oyunda komandaya rəhbərlik edib, onlardan 2-də uğursuz nəticə alıb.
Leverkuzen mövsümə dördüncü liqa təmsilçisi “Zonhof Qrosspaş” üzərində 4:0 hesablı qələbə ilə başlasa da, Bundesliqada ardıcıl iki həftə qələbə qazana bilməyib. İlk turda doğma meydanda “Hoffenhaym”a 2:1 hesabı ilə uduzan komanda, ötən şənbə isə 10 nəfərlə qalan “Verder Bremen”lə 3:3 hesablı heç-heçə edib.