Körpələrin Oyuncaq Seçimi Gələcək Zəka Səviyyəsini Göstərə Bilər

2 Dəq Oxuma Müddəti

ABŞ-da aparılan araşdırma

Amerika Birləşmiş Ştatlarında aparılan genişmiqyaslı ikizlər üzərində tədqiqat, körpəlik dövründə müşahidə edilən bəzi davranışların sonrakı zəka səviyyəsini göstərə biləcəyini ortaya qoyub. Kolorado Boulder Universitetində 1.000-dən çox ikizlə aparılan araşdırma hətta sadə körpə testlərinin belə, 30 yaşdakı bilişsel bacarıqları müəyyən dərəcədə proqnozlaşdıra bildiyini göstərib.

Yeniliyə maraq – əsas ipucu

Tədqiqatda körpələrin 7 aylıq ikən yeni oyuncaqlara göstərdiyi maraq və diqqət müddəti kimi davranışlarının, illər sonra keçirilən zəka testləri ilə əhəmiyyətli dərəcədə üst-üstə düşdüyü müəyyən edilib. Ən güclü göstəricilər isə “yeniliyə maraq” və “tapşırığa yönəlmə” olub.

Araşdırmaya əsasən, hətta körpələrin oyuncaq seçimi belə, gələcəkdə keçiriləcək IQ testlərinin nəticəsini təxminən 13 faiz dəqiqliklə göstərə bilir. Lakin alimlər vurğulayırlar ki, bu, zəkanın sabit olması demək deyil; sadəcə olaraq beyin inkişafının çox erkən yaşda başladığını göstərir.

Genetik və mühitin rolu

Uzunmüddətli araşdırma göstərib ki, zəka inkişafında həm genetik, həm də mühit faktorları mühüm rol oynayır. Uşaqlar böyüdükcə genetik təsirin gücləndiyi məlum olub. Bununla yanaşı, ilk bir-iki ildəki mühit amillərinin insanın yetkinlik dövründəki zəka səviyyəsinə təxminən 10 faiz qalıcı təsir etdiyi aşkarlanıb.

Bu da sübut edir ki, məktəbəqədər dövr insanın gələcək həyatını formalaşdırmaqda kritik mərhələdir.

Erken təhsil və demans riski

Araşdırmanın müəlliflərindən professor Çandra Reynolds bildirib ki, əldə edilən nəticələr təkcə məktəb və iş uğurları ilə bağlı deyil, həm də yaşlılıqda rast gəlinən demans kimi xəstəliklərin riskini anlamaq baxımından vacibdir:
“Bilişsel yaşlanma ömür boyu davam edən prosesdir. Güclü erkən təhsil bazası beyin ehtiyatını qorumağa və yaşlanma ilə bağlı zəifləməni ləngitməyə kömək edə bilər.”

DNA əsasında zəka proqnozu

Araşdırmada, insanların genetik quruluşuna əsaslanaraq hazırlanan “poligenik zəka balı” da sınaqdan keçirilib. Bu göstərici minlərlə genetik variantın təsirini birləşdirərək insanın zəka meyilliliyini ölçür. Nəticədə məlum olub ki, körpəlikdə aparılan testlər ilə bu genetik göstəricilər arasında güclü uyğunluq var.

Bu isə genetik məlumatların gələcəkdə zəka inkişafı üzrə araşdırmalarda daha mühüm vasitəyə çevriləcəyini göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş