Məşhur transfer jurnalisti Fabrizio Romano fransalı hücumçu Randal Kolo Muaninin “Paris Sen-Jermen”dən icarə əsasında “Tottenhem”ə keçidini təsdiqləyib. Müqavilə bir mövsümlük nəzərdə tutulub.
Bir neçə gün əvvəl Kolo Muaninin “Yuventus”a keçidi gündəmdə idi, lakin Turin klubunun PSG ilə apardığı danışıqlar nəticəsiz başa çatdı. Bunun ardından “Yuventus” Leypsiqdən Luis Opendanı transfer etdi, Kolo Muani isə “Tottenhem”in təklifini qəbul etdi.
26 yaşlı hücumçu London klubunun yayda etdiyi səkkizinci transferdir. O, yanvar ayında icarə əsasında “Yuventus”a keçmiş və 22 oyunda 10 qol vurmuşdu.