Juventusdan səfərdə vacib qələbə
İtaliya A Seriyasının 10-cu turunda “Yuventus” səfərdə “Kremoneze” ilə qarşılaşıb. Canni Zini stadionunda baş tutan görüşdə Turin təmsilçisi 2:1 hesabı ilə qalib gələrək ardıcıl ikinci qələbəsini qazanıb.
Oyunun start fitindən cəmi iki dəqiqə sonra Filip Kostiç “Yuventus”u önə keçirib. Meydan sahibləri ilk hissədə bərabərlik üçün bir neçə şans yaratsa da, komanda fasiləyə məğlub yollanıb.
İkinci hissədə “Yuventus” üstünlüyünü qorumaqda davam edib və 68-ci dəqiqədə Andrea Kambiaso hesabı 2:0 edib. “Kremoneze”nin yeganə qolunu isə 83-cü dəqiqədə Ceymi Vardi vurub – 2:1.
Kenan Yıldız zədə səbəbindən oynamadı
Turin klubunun gənc hücumçusu Kenan Yıldız yüngül zədə keçirdiyinə görə bu qarşılaşmada iştirak etməyib və matç heyətinə daxil edilməyib. Komanda rəhbərliyi onun vəziyyətinin ciddi olmadığını bildirib.
Spalettidən ümidverici start
Yeni baş məşqçi Luçano Spaletti rəhbərliyi altında “Yuventus” ardıcıl ikinci qələbəsini əldə edib və bu nəticə ilə xallarının sayını 18-ə yüksəldib. “Kremoneze” isə 14 xalla turnir cədvəlində aşağı pillələrdə qalır.
Napoli Komo qarşısında büdrədi
Çempionluq yarışını yaxından maraqlandıran digər qarşılaşmada “Napoli” öz meydanında “Komo”nu qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.
Bu nəticədən sonra “Napoli”nin xalı 22-yə yüksəlib, “Komo” isə 17 xalla mövqeyini qoruyub. Roma klubu isə bir oyunu az keçirməsinə baxmayaraq, 21 xalla yarışda güclülər sırasındadır. Paytaxt təmsilçisi növbəti turda “Milan”la üz-üzə gələcək.

