Fenerbahçeden ayrılan Joze Mourinyonun Rusiya klubları ilə danışıqlar apardığı iddia olunub. Portuqaliyalı məşqçinin illik 20 milyon avro zəmanətli maaş və iki illik müqavilə tələb etdiyi irəli sürülüb.
EuroFootball-un xəbərinə görə, Fenerbahçe ilə yollarını ayırdıqdan sonra gələcəyi maraqla gözlənilən Mourinyonun adı bu dəfə Rusiya ilə hallanır. Xəbərdə bildirilir ki, Mourinyo vasitəçilər aracılığı ilə bəzi Rusiya klubları ilə təmas qurub.
Əlavə olunub ki, təcrübəli çalışdırıcı Rusiyada işləməyə müsbət baxır, lakin müəyyən şərtləri var. Onun texniki heyəti ilə birlikdə illik 20 milyon avro zəmanətli maaş və ən azı iki mövsümlük müqavilə istədiyi qeyd edilib.
Mourinyo son olaraq Fenerbahçeni UEFA Çempionlar Liqasının seçmə mərhələsində “Benfika”ya qarşı oyunda idarə etmiş, komandanın mübarizədən kənar qalmasının ardından klubla yollarını ayırmışdı.