İsrailli Qadın: “Həmas-a Netanyahudan Daha Çox İnanıram”

2 Dəq Oxuma Müddəti

İsraildə qalmaqallı etiraf: “Həmas-a Netanyahudan çox inanıram”

İsraildə bir qadının “Həmas-a Netanyahudan daha çox inanıram” sözləri sosial mediada və ictimai dairələrdə ciddi rezonans doğurub. Qadının bu fikirləri sağçı israilli və avstraliyalı media fəalı Avi Yemini ilə müsahibəsi zamanı səsləndirilib.

Müsahibə bir neçə gün əvvəl çəkilsə də, video sonradan sosial şəbəkələrdə geniş şəkildə paylaşılaraq müzakirələrə səbəb olub. Çəkilişin məqsədi İsraildə keçirilən müharibə əleyhinə aksiyaları və bəzi şəhər sakinlərinin Hamas-la danışıqlar aparılması tələblərini tənqid etmək idi.

İsrail cəmiyyətində etimad böhranı

Videoda Avi Yemini bir etirazçıya müraciət edərək bildirir ki, Həmas-la danışıqlar tələbi İsrail dövlətinin mövqeyini zəiflədir, girovların həyatını təhlükəyə atır və Həması hakimiyyətdə saxlayır.

Buna cavab olaraq etirazda iştirak edən orta yaşlı israilli qadın deyib:

“Həmas danışıqlara razılıq verdiyi zaman Netanyahunun özü bunu rədd etdi.”

Yemini bu cavab qarşısında təəccüblənərək soruşub:

“Yəni siz Həmas-a etibar edirsiniz?”

Qadının cavabı isə böyük səs-küy yaradıb:

“Əlbəttə, mən Həmas-a inanıram. Mən Həmas-a Netanyahudan daha çox etibar edirəm. Siz bunu mənim adımdan sitat gətirə bilərsiniz – mən baş nazirimə nisbətən Həmas-a daha çox inanıram, bunda heç bir şübhə yoxdur.”

Sosial mediada reaksiyalar

Bu açıqlama sosial mediada israilli istifadəçilər arasında böyük mübahisə yaradıb. Bəzi şərhçilər qadının sözlərini “ümidsizliyin göstəricisi” kimi dəyərləndirsə də, digərləri Netanyahunun siyasətinə qarşı artan ictimai narazılığın açıq təzahürü kimi görür.

Ekspertlərin fikrincə, bu kimi açıqlamalar İsraildə hökumətə olan etimadın kəskin şəkildə azalmasının və cəmiyyətin daxili parçalanmasının bariz nümunəsidir.

Hazırda ölkədə girov böhranı və davam edən Qəzza müharibəsi fonunda siyasi gərginlik artmaqda davam edir. İsrailin daxili ictimai rəyində həm hökumət, həm də hərbi əməliyyatlara dair ciddi tənqidlər səslənir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş