İsrailli Keçmiş Kəşfiyyatçılar ABŞ-ın Kibertəhlükəsizlik İnfrastrukturunu İdarə Edir

3 Dəq Oxuma Müddəti

Sionist rejim kəşfiyyatı ilə bağlantılı şirkət ABŞ kibertəhlükəsizliyinin mərkəzinə yerləşib

“Substack” platformasında jurnalist Neit Beer tərəfindən dərc olunan və “Share Post” tərəfindən yayımlanan araşdırma, ABŞ hökumətinin kritik kibertəhlükəsizlik infrastrukturunun israilli keçmiş kəşfiyyatçılar tərəfindən idarə olunduğunu ortaya qoyub. Hesabatda bildirilir ki, sionist rejim hərbi kəşfiyyatının məşhur “8200” bölməsinin keçmiş əməkdaşları tərəfindən təsis edilən “Axonius” şirkəti hazırda ABŞ-da 70-dən çox federal agentliyin IT və kibertəhlükəsizlik strukturlarının mühüm hissəsinə nəzarət edir.

Bu agentliklər arasında Müdafiə, Daxili Təhlükəsizlik, Energetika, Nəqliyyat, Maliyyə, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri də var. Şirkətin platforması müxtəlif texnoloji sistemlərdən toplanan məlumatları birləşdirərək bütün qurğular üzərində geniş müşahidə və idarəetmə imkanı yaradır. Bu isə ona federal qurumların cihazları, giriş məlumatları, hərəkət trayektoriyaları və digər həssas informasiyalar üzərində potensial nəzarət imkanı təqdim edir.

Mümkün təhlükələr və suverenlik narahatlıqları

Hesabatın müəllifləri xəbərdarlıq edirlər ki, belə bir nəzarət səviyyəsi israilli tərəflərə nəzəri olaraq federal işçilərin fəaliyyətini izləmək, onların hesablarını bloklamaq və hətta cihazlarını sıradan çıxarmaq imkanı verə bilər. Bu isə ABŞ-ın rəqəmsal suverenliyi və milli təhlükəsizliyi üçün ciddi risk hesab olunur.

“Axonius” şirkəti xidmətlərini ABŞ hökumətinin kibertəhlükəsizliyini gücləndirən texnoloji platforma kimi təqdim etsə də, onun İsraildə yerləşən mühəndislik bölmələri və təsisçilərinin kəşfiyyat keçmişi araşdırmada əsas narahatlıq kimi göstərilir. Müəlliflərə görə, şirkətin Təl-Əvivdə saxladığı əsas inkişaf mərkəzi ABŞ-ın kritik məlumatlarının üçüncü tərəflərin nəzarətinə açıq qalmasına şərait yarada bilər.

ABŞ–İsrail kəşfiyyat əlaqələri: keçmişdən gələn şübhələr

Araşdırmada həmçinin ABŞ və İsrail kəşfiyyat qurumları arasında uzun illərdir davam edən, çox vaxt mübahisəli xarakter daşıyan əməkdaşlıq nümunələri də xatırladılır.

On iki il əvvəl Britaniyanın “The Guardian” qəzeti Milli Təhlükəsizlik Agentliyi (NSA) ilə İsrailin “ISNU” kəşfiyyat bölməsi arasında filtrlənməmiş xam rabitə məlumatlarının paylaşılmasına dair gizli razılaşmanı üzə çıxarmışdı. Bu addım ABŞ vətəndaşlarının məxfiliyinin pozulması kimi qiymətləndirilmişdi.

Hesabatda həmçinin tərəflər arasında uzun illərdir mövcud olan etimadsızlığı gücləndirən hadisələr xatırladılır. Bunlara Obama administrasiyasının İranla apardığı danışıqlara İsrail tərəfindən casusluq iddiaları, 2019-cu ildə Ağ Ev yaxınlığında İsrail mənşəli dinləmə cihazlarının aşkarlanması və ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin, İsrail üçün casusluğa görə məhkum olunmuş Conatan Pollardla Qüdsdə görüşməsi kimi hadisələr daxildir.

“Yeni və daha dərin nüfuz”

Hesabatın yekun qənaətinə görə, İsrailin ABŞ federal sistemlərinin kibertəhlükəsizlik aparatına daxil olması bu dəfə daha açıq, daha sistemli və əvvəlki dövrlərlə müqayisədə daha dərin xarakter daşıyır. Mütəxəssislər bunun ABŞ-ın gələcək rəqəmsal təhlükəsizlik arxitekturası üçün presedent yaratdığını və risklərin artmaqda davam etdiyini bildirirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş