İsrailin 38 gündə Qəzzada Törətdiyi Qətliam: 3542 Şəhid

2 Dəq Oxuma Müddəti

Qəzzada 38 gündə 3542 insan şəhid edildi

Qəzza hökumətinin Mətbuat Ofisi İsrailin 11 avqustdan etibarən Qəzza şəhərinə başlatdığı quru hücumlarının nəticələrinə dair açıqlama yayıb. Bildirilib ki, ötən 38 gün ərzində İsrail ordusunun həyata keçirdiyi intensiv hücumlarda ümumilikdə 3542 fələstinli həyatını itirib.

Rəsmi məlumatlara görə, bu müddətdə qatil İsrail ordusunun hücumları nəticəsində gündə orta hesabla 93 fələstinli həlak olub. Can itkilərinin 44 faizi Qəzza zolağının mərkəz və cənub bölgələrində qeydə alınıb.

“Təhlükəsiz bölgə” yalanı

Qəzza hökuməti vurğulayıb ki, İsrailin hücumlarının əsas məqsədi Qəzza şəhərini “insansızlaşdırmaqdır”. Bununla yanaşı, ordunun fələstinliləri “təhlükəsiz bölgə” adı altında mərkəz və cənuba yönləndirdiyi, lakin həmin ərazilərə də aramsız hücumlar həyata keçirdiyi qeyd olunub.

Ölüm statistikası dəhşət saçır

11 avqust – 17 sentyabr tarixləri arasında yalnız Qəzza şəhərində 1984 nəfər, zolağın mərkəz və cənub hissəsində isə 1558 nəfər İsrail hücumlarının qurbanı olub. Rəqəmlər İsrailin həyata keçirdiyi əməliyyatların “sistemli soyqırımı” əks etdirdiyini göstərir.

Beynəlxalq qurumlara çağırış

Açıqlamada, bu rəqəmlərin İsrailin müharibə cinayətlərinə sübut olduğu vurğulanaraq, Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq ictimaiyyət və Beynəlxalq Cinayət Məhkəməsi məsuliyyətlərini yerinə yetirməyə, Qəzzada baş verən cinayətləri dayandırmaq üçün dərhal hərəkətə keçməyə çağırılıb.

Sionist ordunun hədəfi: Qəzzanı boşaltmaq

Ekspertlər hesab edirlər ki, İsrailin hücum strategiyası fələstinliləri zorla doğma torpaqlarından köçürməyə və Qəzza şəhərini “boş əraziyə çevirməyə” yönəlib. Lakin bu siyasət beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş