İsraildə Təşviş: İranın “Telefon Zəngləri” İddiası Qorxu Yaratdı

1 Dəq Oxuma Müddəti

Polis və kibertəhlükəsizlikdən xəbərdarlıq

İsrail mediasının məlumatına görə, ölkənin polisi və Kibertəhlükəsizlik Agentliyi bu gün rəsmi xəbərdarlıq yayıb. Bildirilib ki, israillilər son günlərdə naməlum nömrələrdən zəng və mesajlar alırlar.

“Maariv” qəzetinin yazdığına görə, zənglərin İran tərəfindən yönləndirildiyi ehtimal edilir və məqsəd israilliləri casusluğa cəlb etməkdir. Polis qeyd edib ki, şübhəli zənglər əsasən 03-6817 və ya 03-3067 kodlu nömrələrdən edilir.

İsrail ictimaiyyətində təşviş

Rəsmilərin açıqlamasına görə, zəng və mesajların məzmunu israillilər arasında təşviş və qorxu yaradır. Təhlükəsizlik qurumları bu cəhdlərin İranın kəşfiyyat orqanları ilə bağlı ola biləcəyini, onların həm ölkə daxilində, həm də xaricdə casusluq fəaliyyəti üçün israilliləri cəlb etmək istədiyini iddia edir.

Kibertəhlükəsizlik qurumunun mövqeyi

İsrailin milli kibertəhlükəsizlik qurumu isə bu zənglərin əsasən psixoloji təsir yaratmağa yönəldiyini və real texniki təhlükə daşımadığını bildirib. Qurum iddia edir ki, zənglər telefonların təhlükəsizliyinə birbaşa zərər vermir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş