İsrail: Suriyadan Çəkilmək Niyyətimiz Yoxdur

1 Dəq Oxuma Müddəti

İsrail rəsmiləri: Suriyadakı mövqelərdən geri addım yoxdur

İsrailin təhlükəsizlik naziri İsrael Kats bəyan edib ki, işğalçı ordunun Suriyadan çıxmaq kimi bir planı yoxdur və hökumətin siyasəti dəyişməz olaraq qalır: “Fələstin dövləti yaranmayacaq”. Katsın sözlərinə görə, rəsmi Təl-Əviv bölgədə mövcud “təhlükəsizlik zolaqlarını” saxlamaqda qərarlıdır.

Suriyadakı mövqelər “vəqtlə xəbərdarlıq zonası” kimi təqdim edilir

İşğalçı hökumətin təhsil naziri və siyasi-təhlükəsizlik “kabinət”inin üzvü Yoav Kiş də Suriyadakı İsrail mövqelərinin “tərk edilməz erkən xəbərdarlıq zonaları” olduğunu iddia edib. Onun fikrincə, bu mövqelər işğalçı rejimin təhlükəsizlik strategiyasında əsas rol oynayır.

Qüds rejimi Cəbel-üş-Şeyxdən çıxmaqdan imtina edir

“İ24 News” kanalının hərbi şərhçisi Yossi Yehoshuanın məlumatına əsasən, İsrail Suriyanın Cəbel-üş-Şeyx (Hərmon dağı) bölgəsindən hər hansı razılaşma çərçivəsində geri çəkilməyə razı deyil. Bu mövqe rəsmi Təl-Əvivin Suriyadakı qondarma “təhlükəsizlik buferi” strategiyasından əl çəkmək niyyətində olmadığını göstərir.

Səudiyyə Ərəbistanı ilə anlaşmalar Fələstin məsələsinə bağlanmır

Məlumata görə, İsrail rəsmiləri həmçinin bildiriblər ki, Səudiyyə Ərəbistanı ilə əldə olunacaq mümkün anlaşmaların Fələstin dövlətinin yaradılması ilə heç bir əlaqəsi olmayacaq. Bu isə işğalçı rejimin regionda siyasi proseslərdən Fələstin məsələsini tamamilə kənarda saxlamağa çalışdığını bir daha ortaya qoyur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş