İsrail Suriyada işğalını sürətlə genişləndirir
İsrailin cinayətkar Baş naziri Benyamin Netanyahunun Suriya torpaqlarına daxil olaraq işğal altındakı bölgəyə səfəri iki ölkə arasında gərginliyi daha da alovlandırıb. Netanyahunun səfər zamanı yanında müdafiə naziri İsrael Kats, xarici işlər naziri Gideon Saar, Baş Qərargah rəisi Eyal Zamir və Şin Bet rəhbəri David Zini də olub.
Netanyahu işğal altındakı ərazilərdə İsrail hərbçilərinə müraciət edərək bildirib:
“Buradakı müdafiə və hücum imkanlarımız bizim üçün həyati əhəmiyyət daşıyır. Dürzi müttəfiqlərimizi qorumaq və Qolanın qarşısındakı şimal sərhədini təmin etmək üçün buradayıq.”
Bu hərbi səfər ABŞ vasitəçiliyi ilə aparılan yeni təhlükəsizlik sazişi danışıqlarının dalana dirəndiyi bir vaxtda baş verib və beynəlxalq reaksiyalara səbəb olub.
Şam: “İşğalı legitimləşdirmə cəhdi”
Suriya hökuməti Netanyahunun gedişini “işğalı legitimləşdirmə addımı” kimi qiymətləndirib. BMT isə bunu “ən yumşaq ifadə ilə narahatedici” adlandırıb.
Qətər Xarici İşlər Nazirliyi addımı “beynəlxalq hüququn pozulması”, İordaniya isə İsrailin “təşviqatçı addımlarına son qoyulması” kimi dəyərləndirib.
İsrailin 2024-dən sonra Suriyada geniş hücumları
Suriyanın keçid dövrünün müvəqqəti Prezidenti Colaninin açıqlamasına görə, İsrail ordusu 8 dekabr 2024-dən etibarən Suriyaya 1000-dən çox hava, 400-dən çox quru hücumu həyata keçirib.
Bununla yanaşı Sionist rejim BMT Atəşkəs Nəzarət Qüvvəsinin (UNDOF) məsuliyyət bölgəsində də yeni mövqelər qurub.
Son bir ildə 800 km²-lik əlavə işğal
Hesablamalara görə, İsrail son bir ildə işğal altında saxladığı Qolan Təpələrinə əlavə olaraq 800 km²-lik Suriya torpağını da ələ keçirib.
Yeni işğal olunan ərazilər bunlardır:
-
Şam bölgəsi: Şərqi Cəbel Şeyx, Beyt Cin
-
Dəra: Şəcərə, Maerya, Abidin, əl-Cezirə
-
Qüneytirə: Cibata Haşab, Kırs Nakıl, Qahtaniyyə, Şərqi Kevdənə, Qərbi Kevdənə, Tlul əl-Humr, Həmidi yyə, Mantara su anbarı, əl-Hımriyye, Tarlım Qülləsi, Köhnə Qunaytira, Qunaytira Qülləsi, Adnaniyyə, Ruvəyhiyyə su anbarı
İsrail bu bölgələrdə kiçik hərbi bazalar qurub, kəndlərə basqınlar edərək kənd təsərrüfatı sahələrini dağıdıb və bölgədə faktiki nəzarəti genişləndirib.
ABŞ vasitəçiliyi nəticə vermir
ABŞ-ın rəhbərlik etdiyi təhlükəsizlik danışıqları hazırda nəticəsiz qalıb.
İsrail yeni razılaşma ilə işğalı rəsmiləşdirmək istəyir, Şam isə tələb edir:
-
İsrail 2024-dən bəri işğal etdiyi 800 km² ərazidən çıxmalı,
-
1974 Ayrıseçmə Anlaşması yenidən tətbiq olunmalıdır.
1974 Ayrıseçmə Razılaşması nə deyir?
Bu razılaşmaya görə:
-
İsrail sərhədi mavi, Suriya sərhədi qırmızı xəttlə müəyyən edilir,
-
Arada BMT UNDOF tərəfindən nəzarət olunan tampon zona yaradılır,
-
BMT qüvvələri yalnız Suriya qanunlarına uyğun fəaliyyət göstərə bilər,
-
UNDOF hər 15 gündə ən azı bir dəfə tərəflərə hesabat verir,
-
Qüvvələr yalnız özünümüdafiə üçün silah daşıya bilər.
Hazırda isə İsrailin yeni yerləşdirmələri bu razılaşmanı faktiki olaraq pozur.
