Qüds yaxınlığında gərginlik
İsrail işğalçı qüvvələri bu gün səhər saatlarında Qüdsün şimal-qərbində yerləşən Qubeybə qəsəbəsində əməliyyat keçirib. Böyük sayda hərbçi ilə əraziyə daxil olan İsrail ordusu kəndi hərbi mühasirəyə alıb, əsas yolları bağlayıb və şəhid Müthənna Amrinin evini partladıb.
Məlumata görə, evin partladılması qərarı ötən həftənin əvvəlində verilib. Ev əsgərlər tərəfindən əvvəlcə qazılaraq hazırlıq işləri aparılıb, daha sonra partlayıcılarla dağıdılıb.
Müthənna Əmrinin şəhadəti
Şəhid Müthənna Əmri, “İzzəddin Qəssam Briqadaları”nın döyüşçüsü olaraq, 9 sentyabrda Qüdsdəki “Ramot” adlı qeyri-qanuni yəhudi yaşayış məntəqəsində silahlı əməliyyata qatılmışdı. Onunla birlikdə döyüşçü Məhəmməd Taha da iştirak edib. Həmin əməliyyat nəticəsində 7 israilli məskunlaşan həlak olmuş, 20 nəfər isə yaralanmışdı.
Əməliyyatdan sonra hər iki fələstinli döyüşçü İsrail qüvvələri tərəfindən güllələnərək şəhid edilib. Həmasın hərbi qanadı olan “İzzəddin Qəssam Briqadaları” həmin hücuma görə məsuliyyəti üzərinə götürüb.
İşğalın siyasəti və kollektiv cəza
Fələstin mənbələrinin bildirdiyinə görə, İsrail ordusunun evləri partlatması ailələri cəzalandırmaq və müqaviməti zəiflətmək məqsədi daşıyır. Lakin beynəlxalq insan haqları təşkilatları bu addımları kollektiv cəza və beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.
Hadisə bölgədə gərginliyi daha da artırıb və İsrailin son aylarda Qəzzada və Qüds ətrafında həyata keçirdiyi sərt tədbirlərin davamı kimi görülür.