7 oktyabrdan əvvəlki vəziyyət
İsrail mediası bildirib ki, 2023-cü ilin oktyabrında Həmasın əməliyyatlarından və ardınca başlayan İsrailin Qəzzaya qarşı müharibəsindən əvvəl Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşmasına çox yaxın idi. “İsrael Hayom” qəzetinə görə, bu addım Riyadın “İbrahim razılaşmaları”na qoşulmasına yol aça bilərdi.
Riyadın mövqeyində dəyişiklik
Lakin son aylarda Səudiyyə Ərəbistanının siyasətində dönüş baş verib. Fransayla birlikdə Fələstinin dövlət kimi tanınmasına dair beynəlxalq təşəbbüsdə iştirak edən Riyad normallaşma prosesindən uzaqlaşıb. Qəzet bu dəyişikliyi Həmas və onun tərəfdarları üçün siyasi uğur kimi dəyərləndirib.
Şərtlər və tələblər
Səudiyyə Ərəbistanı dəfələrlə bəyan edib ki, İsraillə münasibətlərin normallaşması yalnız Fələstinin dövlət kimi tanınmasına bağlıdır. “İsrael Hayom”un iddiasına görə, İsrailin strateji məsələlər üzrə naziri Ran Dermərin bir neçə həftə əvvəl Səudiyyə vəliəhdinin dəftərxanası ilə telefon danışığı Riyadın mövqeyinə təsir göstərib. Bu əlaqə Qəzzada atəşkəsə dair Doha danışıqları dayandırıldıqdan sonra baş tutub.
İsrailin mesajı
Məlumata görə, danışıq zamanı Səudiyyə tərəfi İsrail hökumətindən Qəzza müharibəsinin məqsədləri və müharibədən sonrakı planları barədə izahat istəyib. Ran Dermər isə cavabında bildirib ki, İsrail Həması tamamilə aradan qaldırmaq niyyətindədir və bu hərəkatın Qəzzəni idarə etməsinə imkan verilməyəcək.
Eyni zamanda, İsrail rəsmisi Qəzza üçün hər hansı yeni idarəetmə qurumunun yaradılması müzakirələrini rədd edib və Fələstin Muxtariyyətinin bu prosesdə iştirakına qarşı çıxıb. Bu isə Səudiyyə rəhbərliyinə İsrailin siyasi həll yoluna hazır olmadığını göstərib.
Normallaşma təşəbbüsünün dayanması
“İsrael Hayom” yazır ki, bu vəziyyət Səudiyyə Ərəbistanının ərəb dövlətləri tərəfindən dəstəklənən təşəbbüsünü faktiki olaraq dondurub. Qəzetə danışan ərəb diplomatik mənbələri isə hesab edirlər ki, Riyadın yeni mövqeyi İsrailin gələcək Yaxın Şərq planlarından kənarlaşdırılması istiqamətində addımların