İsrail Hava Hücumundan Qoruna Bilmədi

2 Dəq Oxuma Müddəti

Yəmən dronları İsrail müdafiəsini yararaq Ramonu vurdu

İsrailin hava hücumundan müdafiə sistemləri növbəti dəfə Yəmən ordusunun dron hücumunu dəf edə bilmədi. Yayımlanan görüntülərdə Yəmən istehsalı pilotsuz uçuş aparatının (PUA) İsrailin işğal altındakı cənub bölgəsində yerləşən Ramon hava limanı ərazisinə düşməsi və partlayışdan sonra göyə qalxan tüstü sütunu aydın görünür.

Bu, Yəmən Silahlı Qüvvələrinin İsrailin Ramon hava limanını hədəfə alması ilə nəticələnən ikinci uğurlu əməliyyatdır. Əvvəlki hücum kimi, bu dəfə də dronlar hədəfə çataraq İsrailin hərbi və mülki infrastrukturu üzərində təhlükə yaratdı.

Sionist KİV-lər hücumu təsdiqlədi

İsrail mediası da Yəmən ordusunun həyata keçirdiyi yeni hücumun uğurla başa çatdığını təsdiqləyib. Yerli xəbərlərdə Ramon hava limanına yönəlik ikinci zərbənin həyata keçirildiyi vurğulanır.

Eyni zamanda yayılan məlumatlara görə, İsrailin cənub bölgəsində yerləşən “Be’er Ora” (Bəəraura) ərazisində də hava həyəcan siqnalları işə salınıb. Bu, həmin istiqamətdə Yəmən dronlarının sızma ehtimalını gücləndirir.

Dimonada da həyəcan siqnalları

İsrail mediası əlavə olaraq bildirib ki, nüvə obyektlərinin yerləşdiyi Dimona şəhərində də hava hücumundan müdafiə sirenləri işə düşüb. Bu hadisə işğalçı rejimin strateji obyektlərinin də Yəmən dronları qarşısında tam müdafiəsiz qaldığını göstərir.

Qısa müddətdə 3 dron buraxıldı

Məlumatlara görə, son bir neçə saat ərzində Yəmən ordusu İsrailə doğru üç pilotsuz uçuş aparatı göndərib. Dronların müxtəlif istiqamətlərdən sızdığı və işğal altındakı ərazilərin hava məkanına daxil olduğu bildirilir.

Bu son əməliyyatlar İsrailin hava hücumundan müdafiə sistemlərinin etibarlılığına dair ciddi suallar yaradıb. Yəmən isə hücumlarını davam etdirəcəyini, işğal rejiminin hərbi və mülki infrastrukturunu hədəf alacağını bəyan edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş