İşğalçı İsrail, İordan çayının Qərb sahilində fələstinlilərə məxsus 455 dönüm torpağa əl qoydu

1 Dəq Oxuma Müddəti

İşğalçı İsrailin, Qərb sahilində fələstinlilərə məxsus 450-dən çox dönüm torpağı zəbt edərək yəhudi məskunlaşanlara yeni yaşayış yeri açdığı bildirilib.

Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrım Divarı və Yəhudi Məskunlaşma Birlikləri ilə Mübarizə Şurasının açıqlamasında qeyd olunub ki, “İşğalçı İsrail orqanları, Kalkilyanın şərqindəki Cit və Ferata, eləcə də Nablusun qərbindəki Tel bölgələrində ümumilikdə 455,6 dönüm torpağa əl qoyduqlarını elan ediblər.”

Açıqlamada İsrailin bu torpaqları “dövlət ərazisi” bəhanəsi ilə müsadirə etdiyi, məqsədin isə Cit, Ferata və Tel kəndlərinə aid torpaqlarda salınmış qeyri-qanuni Havat Gilad məskənini legitimləşdirmək olduğu vurğulanıb.

Məlumata görə, Baş nazir Benyamin Netanyahu hökuməti işə başladığı gündən bu yana “dövlət torpağı” adı altında edilən 13 qərarla ümumilikdə 26 min dönümdən çox fələstin torpağı müsadirə edilib.

Yedioth Ahronoth qəzetinin xəbərində bildirilib ki, Netanyahu və nazirləri Qərb sahilini ilhaq etmək barədə danışıqlar apardığı vaxt İsrail hökuməti bölgədə torpaq zəbtini davam etdirir. Xəbərdə, son addımın Havat Gilad məskəninin ərazisini üç dəfə böyüdəcəyi və onu qeyri-qanuni karakoldan rəsmi məskənə çevirəcəyi qeyd olunub.

Torpaq zəbtinin Netanyahu hökumətinin Qərb sahilini ilhaq etmə planları ilə eyni vaxta təsadüf etməsi diqqət çəkib.

Bundan əlavə, 7 oktyabr 2023-dən etibarən İsrailin Qəzzaya hücum başlatdığı vaxtdan Qərb sahilindəki hücum və hüquq pozuntularını da artırdığı vurğulanıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş