Təl-Əvivdə rəsmi təqdimat mərasimi
İşğal altındakı torpaqlarda Azərbaycan Respublikasının Səfirliyi və “Sholumi” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Əsrlərdən gələn ənənə” sənədli filminin təqdimat mərasimi keçirilib. İlk nümayiş Təl-Əviv şəhərində baş tutub.
Tədbirdə çıxış edən Azərbaycanın işğalçı rejimin fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov iki xalq arasında çoxəsrlik dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Səfir qeyd edib ki, mədəniyyət sahəsində əməkdaşlıq bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Muxtar Məmmədov rejissor Rüfət Əsədovun ekran əsərinin Azərbaycan və İsrail arasında humanitar və mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Filmin ideyası və əsas mesajı
Filmin rejissoru Rüfət Əsədov çıxışında bildirib ki, Azərbaycan tarixən Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu məkan olub. Onun sözlərinə görə, ölkəmiz müxtəlif sivilizasiyaların, dinlərin və xalqların dinc yanaşı yaşadığı, multikulturalizm və tolerantlıq ənənələrinin formalaşdığı nadir məkanlardan biridir.
Rejissor qeyd edib ki, “Əsrlərdən gələn ənənə” filmi məhz bu dəyərləri və birgəyaşayış modelini əks etdirir. Ekran əsərində Azərbaycan və yəhudi xalqları arasında formalaşmış mədəni bağlar ön plana çıxarılıb.
Qüdsdə ikinci təqdimat
Filmin növbəti təqdimatı Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası və “Sholumi” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qüds şəhərində keçirilib. Tədbirdə Qüdsün müxtəlif icmalarının nümayəndələri iştirak ediblər.
Nümayiş zamanı filmin ideyası, mədəniyyətlərarası dialoq və qarşılıqlı hörmət mesajı xüsusi maraqla qarşılanıb.
Albert Rəfiyevin yaradıcılığı diqqət mərkəzində
Sənədli film xalçaçı-rəssam, kolleksioner və dağ yəhudilərinin mədəni irsinin tədqiqatçısı Albert Rəfiyevin yaradıcılığına həsr olunub. Əslən Quba rayonunun Qırmızı qəsəbəsindən olan Rəfiyev öz əsərlərində Azərbaycan və yəhudi mədəniyyətlərinin vəhdətini nümayiş etdirməyə çalışır.
Beynəlxalq maraq artmaqdadır
“Əsrlərdən gələn ənənə” filmi artıq bir sıra ölkələrdən – ABŞ, Almaniya, Niderland, Çexiya və Rusiyadan nümayiş və əməkdaşlıq təklifləri alıb.
Qeyd edək ki, sənədli film Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalıdır. Layihənin rejissoru Rüfət Əsədov, prodüseri isə yəhudi Şaul Siman-Tovdur.
