İraqda Hərbi və Təhlükəsizlik Qüvvələrinin Səsverməsi Başladı

2 Dəq Oxuma Müddəti

Təhlükəsizlik qüvvələri seçki məntəqələrinə toplaşdı

İraqda bu gün parlament seçkilərinin xüsusi səsvermə mərhələsi start götürüb. Məlumata görə, səhər saatlarından etibarən təhlükəsizlik və hərbi qurumların əməkdaşları elektron səsvermə məntəqələrinə toplanmağa başlayıblar.

Xüsusi səsvermə prosesinə İraqın təhlükəsizlik və hərbi qüvvələri, “Həşdi-Şəbi” birləşmələri və Kürdüstan regionunun peşmərgə qüvvələri daxildir.

Bir milyondan çox şəxs səs verəcək

İraq Müstəqil Ali Seçki Komissiyasının açıqlamasına əsasən, xüsusi səsvermədə ümumilikdə 1 milyon 313 min 980 nəfər iştirak edir. Onların sırasında:

  • 597 min 453 nəfər Daxili İşlər Nazirliyinin əməkdaşı,

  • 298 min 54 nəfər Müdafiə Nazirliyinin şəxsi heyəti,

  • 18 min 410 nəfər Terrorla Mübarizə Xidmətinin əməkdaşı,

  • 124 min 312 nəfər Kürdüstan Daxili İşlər Nazirliyinin üzvü,

  • 145 min 907 nəfər Peşmərgə qüvvələrinin əsgəri,

  • 128 min 127 nəfər isə “Həşdi-Şəabi” qüvvələrinin üzvüdür.

1596 nəfər isə Sərhəd Keçid Məntəqələri İdarəsinin əməkdaşları kimi səsvermədə iştirak edir.

Səsvermə kameralar vasitəsilə izlənilir

Müxbirin bildirdiyinə görə, bütün seçki prosesi səs və görüntü yazan kameralar vasitəsilə izlənilir. Məntəqələrdə həm səsvermə, həm də təhlükəsizlik tədbirləri planlı şəkildə aparılır. Səsvermə qutuları axşam saat 18:00-da bağlanacaq və bundan sonra verilən hər hansı səs etibarsız sayılacaq.

Ərbildə proses şəffaf keçir

Seçici fəallığı saatdan saata dəyişir, lakin səsvermə prosesi şəffaf və problemsiz davam edir. Hazırda təhlükəsizlik qüvvələrinin fəaliyyətində və seçki avadanlıqlarında heç bir nasazlıq qeydə alınmayıb.

Daxili işlər naziri: Proses nizamlı və təhlükəsizdir

İraqın daxili işlər naziri Əbdül-Əmir əş-Şəmmeri bu gün verdiyi açıqlamada səsvermə prosesinin yüksək səviyyədə və nizamla getdiyini vurğulayıb. Onun sözlərinə görə, seçki mərkəzləri tam şəkildə qorunur və təhlükəsizlik qüvvələri zəruri tədbirləri koordinasiyalı şəkildə həyata keçirir.

Nazir əlavə edib ki, Bağdad və digər vilayətlərdəki bütün seçki məntəqələri tam təhlükəsizdir, hərbi və polis bölmələri arasında effektiv əlaqə təmin olunub.

Bu mərhələ başa çatdıqdan sonra ümumi seçki prosesi davam edəcək və nəticələr qutular bağlandıqdan sonra açıqlanacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş