İran qarşılıqlı hörmət və maraqlara əsaslanan danışıqlara hazır olduğunu, lakin hər hansı hücuma “indiyədək misli görünməmiş şəkildə” cavab verəcəyini bəyan edib.
İranın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı açıqlama ilə ABŞ Prezidenti Donald Trampın ölkəyə yönəlmiş hərbi təhdidlərinə, Trampın paylaşımını sitat gətirərək cavab verib.
Açıqlamada ABŞ-nin İraq və Əfqanıstana qarşı apardığı müharibələrdə 7 trilyon dollar və minlərlə əsgər itirdiyinə diqqət çəkilərək bildirilib: “İran qarşılıqlı hörmət və maraqlara əsaslanan dialoqa hazırdır, lakin məcbur edilərsə, özünü müdafiə edəcək və indiyədək heç vaxt olmadığı kimi cavab verəcək.”
