Starlink, İranda etirazları qızışdırmaq məqsədilə etirazçılara xüsusi internet çıxışı açıb. İran isə Starlink-i əngəlləməyi bacaran ilk ölkə olub.
Məzmun
İranda etirazlar davam edərkən, İran hökuməti ölkə daxilində internetə çıxışı məhdudlaşdırmışdı. Lakin etirazçıların Starlink vasitəsilə internetə çıxış əldə etdikləri məlum oldu. İran isə hələlik açıqlamadığı üsullarla Starlink-i bir neçə saat ərzində təxminən 80% səviyyəsində bloklamağa nail oldu. Bu isə dünyada ilk dəfə baş verən bir hadisədir.
“HƏYATIMDA BELƏ BİR ŞEY GÖRMƏMİŞƏM”
Starlink məlumat paketlərindəki qəfil azalma analizləri peyk bağlantısının ciddi şəkildə təsirləndiyini göstərən hesabatları təsdiqləyir. Yəni İran birbaşa peyk bağlantısını bloklaya bilib. TechRadar-a danışan Amir Rəşidi deyib:
“Son 20 ildir ölkədə internetə çıxışı izləyir və araşdırıram, həyatımda belə bir şey görməmişəm.”
ÇİN VƏ RUSİYA KÖMƏK ETDİ?
Rusiya mətbuatının iranlı müxbir Puryaz Zərvatiyə istinadən verdiyi məlumata görə, Starlink-in İranda sıradan çıxarılmasına Çin və Rusiyadan mütəxəssislər kömək edib. Bildirilir ki, “Rusiya İrana avadanlıq, Çin isə texniki təlimatlar təqdim edib”.
İki ay əvvəl çinli tədqiqatçılar Tayvan üzərində Starlink-in necə əngəllənə biləcəyinə dair dəqiq təlimat dərc etmişdilər. Onların hesablamalarına görə, üsyankar ada üzərində peyk internetini bağlamaq üçün 935 ədəd sinxronlaşdırılmış platforma tələb olunurdu. Dəqiq basdırma üsulu açıqlanmasa da, bunun real şəraitdə — İranda — artıq sınaqdan keçirildiyi anlaşılır.
OYUNUN QAYDALARI DƏYİŞİR
Starlink indiyədək əngəllənməz hesab olunurdu. İran bunun mümkün olduğunu göstərdi. Rusiya və Çinin də bu sahədə apardığı işlər məlumdur. Qərb, Ukrayna və İsrail mediasında da əks-səda doğuran və narazılıq yaradan bu hadisə, sadəcə texniki məsələ olmaqdan kənara çıxaraq ABŞ-la hesablaşan ölkələrin atdığı mühüm bir addımı da önə çıxarır. Hərbi müxbir Dmitri Steşin belə deyib:
“Starlink-in uğurla əngəllənməsi məsələsində Rusiya, Çin və İran birlikdə çalışdı. Bu cür əməkdaşlıqları bəyənirəm, amma Donni və Mask yəqin ki, bəyənmirlər. Yaxın vaxtlarda bu proses Şimali-Şərqi Asiya bölgələrinə də yayılacaq.”
