İranda Mossad tərəfindən hazırlanmış və ölkədəki etirazlardan faydalanaraq müxtəlif terror aktları törədən bir terror təşkilatının zərərsizləşdirildiyi bildirilib. Təşkilatın həyata keçirdiyi hücumlar nəticəsində yüzlərlə insanın həlak olduğu qeyd olunub.
İranın terrorla mübarizəsi davam edir
İran Kəşfiyyat Nazirliyi ölkə daxilində Mossad tərəfindən təlim keçmiş bir terror təşkilatının ifşa edilərək çökərdildiyini ictimaiyyətə açıqlayıb.
Nazirliyin yaydığı bəyanatda bildirilib ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində təşkilat üzvləri gizli mənzillərdə saxlanılıb, çoxlu sayda silah və sursat, eləcə də rabitə vasitələri, elektron və peyk əlaqə avadanlıqları ələ keçirilib. Açıqlamada iddia olunur ki, sözügedən təşkilat İsrail kəşfiyyat xidməti Mossad tərəfindən hazırlanıb, müasir döyüş üsullarına bələd olub və son dövrlərdə ölkədəki iğtişaş və etiraz mühitindən istifadə edərək öldürməyə yönəlmiş terror aktları həyata keçirib.
Yüzlərlə insanı qətlə yetiriblər
Bəyanatda qeyd olunur ki, terrorçular paytaxt Tehran şəhərinin müxtəlif nöqtələrində müəyyən edilmiş rəhbər şəxslərdən silah və hərbi texnika alaraq fəaliyyətə başlayıb, bəzi küçə və prospektlərdə mülki şəxslərə atəş açıblar. Bu hücumlar nəticəsində yüzlərlə insan həyatını itirib və ya yaralanıb.
İranın terrorla mübarizəsi davam edir
Açıqlamada həmçinin əməliyyat zamanı əldə edilən görüntülərdə avtomatik və ov tüfəkləri də daxil olmaqla çoxlu sayda silahın, eləcə də peyk rabitə cihazlarının terror təşkilatı üzvlərinə paylandığı, bunların döyüş hazırlığı keçmiş terrorçular tərəfindən istifadə edildiyi vurğulanıb. Sözügedən əməliyyatın son dövrlərdə aparılan oxşar əməliyyatlardan yalnız biri olduğu və prosesin ABŞ və İsrail tərəfindən yürüdülən genişmiqyaslı bir “terror müharibəsi”nin tərkib hissəsi olduğunu göstərdiyi qeyd edilib.
